BAKU Azərbaycan
°C

Artıq yeni, 2022-ci ilə qədəm qoyuruq. Xatırladaq ki, Azərbaycanda 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi də qeyd olunur. Adətən hər iki bayram münasibəti ilə Bakıda hələ bayram öncəsindən başlayaraq tədbirlər, şənliklər keçirilər, möhtəşəm atəşfəşanlıq təşkil olunardı.

Bəs Bakı bu il bayramları necə keçirəcək? Pandemiya ilə bağlı bayram günündə hansı qadağalar yerində qalacaq?

İlk öncə qeyd edək ki, artıq dünəndən başlayaraq Dənizkənarı Milli Parkda dekabrın 31-i, saat 00:00-da keçiriləcək atəşfəşanlıq ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

Bayram konsertlərinə gəldikdə isə, bu cür tədbirlərdən biri Bakı Metropolitenində keçiriləcək. Belə ki, qurumda dekabr ayının 31-i və Yeni ilin ilk günündə konsert proqramları təşkil edəcək . “İçərişəhər” və “28 may” stansiyalarında simli kvartetin ifasında həmrəylik və yeni il mövzusunda mahnılar səsləndiriləcək. 

Bulvarda isə bayram konserti yanvarın 2-də təşkil olunacaq və ümumilikdə Yeni il kompozisiyaları yanvarın 3-dək davam edəcək.

“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə karantin qaydalarında 2 saatlıq artırılma qeyd olunub”.

Bu sözləri açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, bayram axşamında bütün iaşə obyektlərində saat 06-00-dan gec olmayaraq nəzərdə tutulan tədbirlər keçirilə bilər. Yalnız burada tələb ondan ibarətdir ki, şənlik keçirilən obyektlərdə tutumu nəzərə almaqla qonaq qismində 150 nəfərdən artıq şəxs olmamalıdır. Maskadan istifadə qonaqlar üçün məcburi deyil. Lakin musiqiçilər istisna olmaqla xidmət personalı mütləq şəkildə tibbi maskadan və digər qoruyucu vasitələrdən istifadə etməlidir. Digər hansısa qadağalar yoxdur. Yalınız sosial məsafənin gözlənilməsi, qonaqların ən azı 2 doza vaksini olması tələb olunur. Bu  məqsədlə müəyyən olunan norma və qaydaların yerlərdə, respublika ərazisində  icra olunması məqsədi ilə DİN əməkdaşları tərəfindən nəzarət profilaktik tədbirlər gücləndirilmiş qaydada davam etdiriləcək. Bütün ölkə əhalisini DİN adından  Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, bütün tələbələrə əmək etməyə çağırırıq. Tövsiyə edirik ki, müəyyən edilmiş şərtlərə qeyri-şərtsiz əməl olunsun”. Müsavat.com

Son xəbərlər

Sabah yağış intensivləşəcək - PROQNOZ

Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!

Uşaqlar bağçaya necə adaptasiya olunmalıdır? - Mütəxəssisdən AÇIQLAMA

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər SAXLANILDI

Nikol Paşinyan: "Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır"

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü BAŞLADI

Şoyqudan müharibənin gedişi ilə bağlı MÜHÜM AÇIQLAMA: "Bütün istiqamətlərdə..."

Ayxan Hacızadə: "Biz bir daha Fransanı Azərbaycana qarşı əsassız iddiaları dayandırmağa çağırırıq"

Bu il Azərbaycan 7 milyon tona yaxın neft İXRAC ETDİ

Bu hal dolları UCUZLAŞDIRIR

Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNDİ

Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Təhlükəli virus yayılır: 40 nəfər YOLUXUB - Siçanlardan...

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

Doktoranturaya sənəd verənlər iyul çağırışından azad olunacaqlarmı? - AÇIQLAMA 

Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür

Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə BİLƏR

"Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur" - Paşinyan 

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ

Cənubi Qafqazda növbəti XAOS PLANI: "Paşinyan özü də etiraf etdi, bundan sonra..." - AÇIQLAMA

Bütün xəbərlər