BAKU Azərbaycan
°C

“Xüsusi mülkiyyətimdə olan torpaq sahəsi bir neçə işbaz tərəfindən zəbt edilərək qanunsuz fərdi yaşayış evləri inşa edilir. Hansı quruma müraciət edirəmsə, məsələyə baxan olmur”. 

Gundem.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Allahverdi Axundov müraciət edib.

Abşeron rayonu, Masazır kəndində ümumilikdə 4 ha torpaq sahəsi olduğunu bildirən vətəndaş qeyd edir ki, bu torpaqları 2023-cü ilin yanvar ayında alıb. İki ay sonra isə bir neçə şəxs tərəfindən burada tikinti işləri başlayıb: “Qanunsuz olaraq mənə aid olan torpaqda tikinti işləri aparırlar. Bunun dayandırılması və orada inşa edilmiş özbaşına tikintilərin sökülməsi barədə aidiyyəti üzrə bütün dövlət orqanlarına müraciət etmişəm. Lakin həmin qurumlar problemin aradan qaldırılmasını təmin etməyiblər. Əksinə, həmin ərazidə guya özbaşına tikililəri mən həyata keçirdiyimə görə barəmdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi idarəsi inzibati protokol tərtib edib, məni 300 manat cərimə ediblər. Cərimə qərarından verdiyim şikayət əsasında həmin qərar Nərimanov Rayon Məhkəməsi tərəfindən ləğv edilib və müəyyən olunub ki, mənə məxsus torpaq sahəsində işbaz şəxslər tərəfindən özbaşına tikililər inşa edilib. Əmlak Məsələləri Dövlət Xidmətinin yerli idarəsi məsələni araşdırmadan məni əsassız olaraq cərimə edib. Eyni zamanda şikayətim əsasında Abşeron Rayon Polis İdarəsində başlanmış cinayət işi yarımçıq qalıb. Məsələyə baxan müstəntiq konkret tədbirlər görmür”.

Vətəndaşın sözlərinə görə, ona məxsus torpaq sahəsində özbaşına tikinti işləri aparıldığı halda aidiyyəti kommunal xidmətlər həmin fərdi evlərə qaz, su və işıq sayğacları quraşdırıblar: “Bu da həmin ərazidə özbaşınalıq edən şəxslərin qanunsuz məskunaşmasına şərait yaratmaqdır”.

Şikayətlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in mətbuat xidmətinin bölmə rəisi polis kapitanı Nurlan Əliyev müraciətimizə belə cavab verdi: “Vətəndaş Allahverdi Axundovun mülkiyyətində olduğu Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi və orada qanunsuz tikinti işləri aparılması ilə bağlı müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılıb. Tərəflər polis orqanına dəvət edilərək ərizə və izahatları alınıb. Araşdırmalarla tərəflər arasındakı mübahisənin mülki xarakterli olması müəyyən edildiyindən onlara müvafiq qaydada məhkəməyə müraciət etmələri tövsiyə olunub”.

Qanunsuz olaraq tikilmiş evlərə suyun çəkilib-çəkilməməsi ilə bağlı “Azərsu” ASC-yə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəisi Anar Cəbrayılov sorğumuzu belə cavabladı: “Abşeron Rayon Su-kanal idarəsinin rəis müavini vətəndaşla danışaraq əraziyə baxış keçirib. Hazırda orada 10-15 ev tikilir. Tikilən evlərin heç birində su xətti yoxdur. Həmin əraziyə yaxın ərazidə oktyabr ayına qədər kod açılan abonentlərimiz var. Amma bu evlərin heç birinə kod açılmayacaq və su verilməyəcək. Əgər onlar özbaşına su xətti çəkərsə, hamısı ləğv olunacaq”. 

Mövzu ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX), “Azəriqaz” İstehsalat Birliyinə və “Azərişıq” ASC-yə də sorğu ünvanlamışıq. 

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 13-cü maddəsinə əsasən, ölkədə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur və həmçinin Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma məsuliyyət yaradan əməl kimi tövsif edilib. 

 

 





Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər