BAKU Azərbaycan
°C

Nazirlər Kabineti müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi haqda qərarı təsdiqləyib.

Gundem.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, aşağıdakı şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulur:

1. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində:

1.1. hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə);

1.2. döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

2. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:

2.1. döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərə;

2.2. hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (yuxarıda qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə.

Aidiyyəti dövlət orqanları tərəfindən yuxarıda qeyd olunan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin şəxslərin siyahısı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilmiş şəxslərə dair məlumatlar həmin adı və vəsiqəni verən dövlət orqanları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir.

Son xəbərlər

Doktoranturaya sənəd verənlər iyul çağırışından azad olunacaqlarmı? - AÇIQLAMA 

Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür

Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə BİLƏR

"Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur" - Paşinyan 

Ruben Vardanyan ilə bağlı məhkəməyə MÜRACİƏT EDİLDİ

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ

Cənubi Qafqazda növbəti XAOS PLANI: "Paşinyan özü də etiraf etdi, bundan sonra..." - AÇIQLAMA

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü BAŞLADI

Serbiya Prezidentini hədələyən şəxs SAXLANILDI

Belarus Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA

Slovakiyanın Baş nazirinin son durumu AÇIQLANDI

Dünya bazarlarında neft BAHALAŞDI

4-cü kurs tələbəsinin qəsdən öldürüldüyü MƏLUM OLDU - RƏSMİ AÇIQLAMA

Nobel mükafatı laureatı Azərbaycana GƏLƏCƏK

Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə GETDİ

Bakıda qəza - ölən və yaralananlar VAR

Vladimir Putin Çində Si Cinpinlə GÖRÜŞDÜ

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

FHN gül mağazasında baş vermiş yanğınla bağlı MƏLUMAT YAYDI

Bütün xəbərlər