BAKU Azərbaycan
°C

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib. 

Məlum olub ki, S.Əkbərova müxtəlif illərdə Bakıda 44 saylı, Abşeron rayonunda isə 5 saylı məktəblərin direktoru olub. O, 44 saylı məktəbdə direktor işlədiyi vaxtda Arzu adlı tanışına onu paytaxtda məktəblərin birinə direktor təyin etdirəcəyini vəd edərək 150 min manat alıb. Bundan sonra o, həmin qadına birgə uşaq bağçası açmaq adı ilə vəd verərək yenidən 150 min manat alaraq ələ keçirib.

Daha sonra isə Abşeron rayon Mehdiabad qəsəbə 5 saylı orta məktəbə rəhbərlik etdiyi vaxt S.Əkbərova digər şəxsə övladının Rusiyada aldığı diplomu nazirlikdə təsdiqlədəcəyini vəd edərək 6 min alıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əkbərovaya Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 7 il həbs cəzası verilib.

Bundan başqa S.Əkbərovaya qarşı mülki iddia da təmin edilib. Hökmdə ondan 300 min manatın alınaraq zərərçəkmiş şəxsə ödənilməsi qeyd edilib.

Milli.Az

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər