BAKU Azərbaycan
°C

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmaların ilk ilində insanların həyat səviyyəsi 73 faiz aşağı düşür. Bu insanların əksəriyyəti təşviş və depresiyyadan əziyyət çəkir".

Gundem.az xəbər verir ki, bu barədə fikirləri psixoloq Ləman Məmmədova bildirib. Onun sözlərinə görə, bəzi hallarda boşanma qaçınılmazdır.

“Boşanma zamanı psixoloji baxımdan az təsirlənməyə çalışmalıyıq. Bu ərəfədə biz yaxın çevrəmizə və övladlarımıza rol model oluruq. Boşanan insanlar müəyyən təzyiqlərə məruz qalırlar. Ən böyük problemlərdən biri isə insanların sivil qaydada boşana bilməməsidir. Tərəflərdən biri boşanmamaq üçün digərinə zorakılıq göstərir. Bu haldan da ən çox təsirlənən uşaqlar olur. Bundan əlavə, boşanma zamanı bir sıra hüquqi çətinliklər də yaranır. Aliment və uşağın kimdə qalması ilə əlaqədar bir sıra çətinliklər yaşanır. İqtisadi çətinliklər də hamıya bəllidir”.

Psixoloq qeyd edib ki, boşanmağı qərara alan şəxs artıq beynində həmin münasibəti bitirib.

“Övladları olan ailələr bu qərarı alan zaman xüsusilə diqqətli olmalıdırlar. Bu zaman valideynlər uşaqların maraqlarını da nəzərdə saxlamalıdırlar. Onların yanında müzakirə edilən məsələlərə xüsusi fikir vermək lazımdır. Hər bir mübahisə predmeti uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu ərəfəni daha rahatlıqla başa vurmaq üçün psixoloji dəstək almaq tövsiyə olunur. Bu, həm tərəflərin, həm də övladlarının psixoloji sağlamlığı baxımından önəmli məsələdir”. (Sfera.az)

 

Son xəbərlər

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Bütün xəbərlər