BAKU Azərbaycan
°C

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.
Gundem.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research”in (Kofein araşdırma jurnalı) araşdırması nəticəsində gəlinib.
Gündə beş fincandan çox qəhvə içən şəxslər bir müddətdən sonra özündə qəhvəyə xüsusi tələb hiss etməyə başlayır. Jurnalın araşdırmasına görə, buna səbəb içkinin tərkibində kofeinin olmasıdır. 

Kofein dünyada ən çox istifadə edilən narkotik maddələr - amfetamin və kokain kimi asılılıq yarada bilir.
Araşdırmalar göstərir ki, qəhvəni az miqdarda istehlak etmək zərərli deyil, əksinə müəyyən faydaları var. Buna görə də mütəxəsislər hər bir insana gündəlik qəhvə normasını bilməyi tövsiyə edir. 
Bəs gündə nə qədər qəhvə istehlakı tövsiyə olunur?

 

ABŞ Qida və Dərman İdarəsi hesab edir ki, gündə təxminən 400 milliqram qəhvə istehlak etmək təhlükəsizdir. Bu, təxminən dörd-beş fincan qəhvə deməkdir. 
Bununla belə, qurumun mütəxəsisləri bu normanın hamı üçün keçərli olmadığını söyləyiblər. Qurumdan bildirilib ki, hər kəsin kofeinə müqavimət imkanları fərqlidir.
Buna görə də bəzi insanlar üçün maksimum miqdar tövsiyə olunan miqdardan (400 qram) əhəmiyyətli dərəcədə aşağı ola bilər. Xüsusən, hamilə və südverən qadınların qəhvə içməzdən əvvəl həkimə müraciət etmələri tövsiyə olunur. 
Tədqiqatlar göstərir ki, iki-üç fincan qəhvə istehlakı sağlamlıq üçün faydalıdır. Gündə iki-üç fincan qəhvə içmək ürək-damar sisteminin xəstəlikləri və insultdan ölüm riskini azaldır. Qəhvənin həmçinin parkinson xəstəliyi, 2-ci tip diabet və bir sıra qaraciyər xəstəliklərinin riskinin azalmasına kömək etdiyi müəyyənləşdirilib.
Tədqiqatlar həmçinin göstərir ki, müntəzəm qəhvə istehlakı qan təzyiqini aşağı salmağa kömək edir. 
Amma gün ərzində çoxlu qəhvə içdikdə insanda yuxusuzluq, titrəmə, narahatlıq, mədə ağrıları, ürəkbulanma, baş ağrısı, disforiya (ruh düşkünlüyü) əlamətləri yaranır. Çox qəhvə istehlak edib, qəflətən istehlakı dayandıran insanlarda da müəyyən müddət oxşar əlamətlər ola bilər. 

Son xəbərlər

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Dünya çempionu vəfat etdi - FOTO

Nazir Ülviyyəni qəbul etdi

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

COP29-la bağlı iki xəstəxana AYRILDI

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Bütün xəbərlər