BAKU Azərbaycan
°C

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. 

Olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib. 

Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri və media nümayəndələri iştirak ediblər. 

Bakıda təşkil edilən olimpiada mərkəzlərində ümumilikdə 975 şagird iştirak edib.

İlkin mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq. 

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. 

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Son xəbərlər

"Ehtirası gizlətmək lazım deyil, mənim hər addımım puldur..." - Xumar Qədimova

ARB-nin aparıcısının azyaşlı övladı VƏFAT ETDİ - FOTOLAR

Leonid Slutski: "Heydər Əliyev bugünkü Azərbaycanı yaradıb"

Narkotikə görə saxlanılan müğənninin Bakı konserti LƏĞV OLUNACAQ?

Azərbaycan II Dünya müharibəsində nə qədər itki verib? - RƏQƏMLƏR

Sabah bu yollar BAĞLANACAQ - RƏSMİ

Ərdoğan: "İslamofobiya Avropa əhalisi üçün ən böyük təhdiddir"

Moskvada Qələbə paradı BAŞA ÇATDI

Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”

Vladimir Putin: "Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək"

Bu ölkədə yüzlərlə uçuş LƏĞV EDİLDİ - SƏBƏB

Sabahın hava PROQNOZU

Rusiya bu ölkələrin rəsmilərini Qələbə Günü paradına DƏVƏT ETMƏDİ

Şolts: "Ukraynadakı müharibə istədiyimizdən daha uzun sürəcək"

Keşlə bazarı sökülür? - RƏSMİ AÇIQLAMA

NATO Ukraynaya yardımdan İMTİNA EDİR? -  Stoltenberq AÇIQLADI

Mark Libby: "ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıdır"

Dünya bazarlarında neft BAHALAŞDI

Hansı temperament tipinə aid olan insanlara daha tez aşiq olurlar?  – Seksoloq AÇIQLADI

Qavrayışı zəif olan uşaqlara yeni dili necə öyrətmək olar? - AÇIQLAMA

Bütün xəbərlər