BAKU Azərbaycan
°C

Aprelin 26-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Ağcabədi rayonunda olub.

Gundem.az xəbər verir ki, əvvəlcə Ağcabədi şəhərində Şəhidlər xiyabanı ziyarət edilib və onların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb. 

Səfər çərçivəsində Mətin Kərimli Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşərək fikir mübadiləsi aparıb.

Sonra Aparat rəhbəri Ağcabədi şəhəri 8 nömrəli körpələr evi-uşaq bağçasında olub, müsabiqə yolu ilə işə yeni qəbul olunmuş tərbiyəçi-müəllimlərlə görüşüb. 

Daha sonra 1 nömrəli tam orta məktəbi ziyarət edən Mətin Kərimli sözügedən təhsil müəssisəsində çalışan, şəhid Akif Abbasovun anası Xanım Mehtiyeva ilə görüşüb və burada dərs prosesində iştirak edib. Bundan əlavə, məktəbin fiziki tərbiyə müəllimi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elgün Həsənovla da görüş keçirilib, xatirə fotosu çəkdirilib.

Səfər çərçivəsində M.F.Axundov adına Ağcabədi şəhəri 3 nömrəli məktəb-liseydə də olan Mətin Kərimli bu təhsil müəssisəsində STEAM dərsini izləyib, ABŞ-də keçirilən Kopernik Olimpiadasında III yeri qazanan, məktəbin IX sinif şagirdi Səbuhi Səlimli ilə görüşərək ona uğurlar arzulayıb.

Daha sonra Mətin Kərimli Ağcabədi rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib və əməkdaşların iş şəraiti ilə tanış olub.

Mətin Kərimli ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə də görüşüb. Görüşdə Aparat rəhbəri son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin bilik və bacarıqlarının artırılması, eləcə də effektiv kommunikasiyanın əhəmiyyətindən danışıb.

Səfər çərçivəsində Mətin Kərimli həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Son xəbərlər

ABŞ-dən sonra Almaniya da İsrailə hərbi yardımı dayandırmaq İSTƏYİR

Müharibə İsralin hərbi xərclərini artır – RƏQƏMLƏR

"ABŞ lideri İsraili tək buraxıb" - Tramp Baydeni TƏNQİD ETDİ

Prezident Turşsu qəsəbəsinin TƏMƏLİNİ QOYDU

İlham Əliyev şuşalıları təbrik etdi

Narkotik alverçiləri üçün ölüm hökmü TƏSDİQLƏNDİ

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə TANIŞ OLDU - FOTO

Azərbaycanda yeni növ radarlar quraşdırılır - Sürücülərin DİQQƏTİNƏ! + FOTO

Bəzi yerlər dolu düşdü - FAKTİKİ HAVA

Azərbaycanda vəkil əməliyyat zamanı ÖLDÜ - FOTO

Bu ölkədə Lassa qızdırmasından 156 nəfər öldü

ABŞ-nin hərbi gəmisi Çin sularına girdi, dənizdə gərginlik yarandı

Sabunçuda ƏMƏLİYYAT: dəstə üzvləri saxlanıldı - FOTO

Ərdoğan: "Türkiyənin yeni konstitusiyaya ehtiyacı var"

Son 20 ilin ən güclü maqnit qasırğası: Nələrə diqqət yetirməliyik?

Məzahir Pənahov AÇIQLAMA VERDİ: "Noyabrın 3-ü..."

Prezident və xanımı təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...

Mehriban Əliyeva Ümummilli Liderin anadan olmasını ildönümü ilə bağlı PAYLAŞIM ETDİ

Prezident tunelin açılışında İŞTİRAK ETDİ - FOTO

Bütün xəbərlər