BAKU Azərbaycan
°C

Bakıda sənədsiz evlərin ucuzlaşması barədə yayılan məlumatlar inandırıcı deyil.

Gundem.az bildirir ki, bu barədə Trend-ə "MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, sənədsiz evlərin ucuzlaşması ilə bağlı məlumat yayanların bəlkə də hanısa məqsədləri var.

"Nəyə görə inandırıcı deyil? Sənədsiz evləri kimlər tikir? Vətəndaşlar tikir və öz yaşayışları üçün tikirlər. Sənədli ev almaq üçün vətəndaşların imkanı çatmır və gedir sənədsiz torpaq alır, üzərində sənədsiz ev tikərək yaşayır. O evi də satanda ən azı çəkdiyi xərci üzərinə qoyub satır. Sənədsiz evlərin satılması da qanuni baxımdan mümkün deyil. Yəni bu evin çıxarışı yoxdur, təsdiqedici sənədi yoxdur. Necə sata bilər onu? Onun satılması da qanunsuzdur", - deyə o, əlavə edib.

N.İbrahimov bildirib ki, ümumilikdə mənzil bazarında durğunluq müşahidə olunur.

"Hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, həyət evlərinin satışında aktvliyin artması hiss edilmir. Mənzil bazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalar sərtləşdiriləndən sonra, yəni, 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra, bazarda aktivlik aşağı düşdü. Bazarda hələ ki, durğunluq var, artım-azalma müşahidə olunmur", - deyə o, vurğulayıb.

 

Son xəbərlər

Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Vüsalənin həyatında kim var? - FOTO

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub

Qaxda şəlalə dondu - VİDEO

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Prezident Xankəndinə getdi

Azərbaycan nefti bahalaşdı

1091-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Tolik Röyadan yazdı: “Çuşka yığını...” -VİDEO

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb - FOTOLAR

Erməni əsilli polis Rusiyada barda dava saldı - VİDEO

AAYDA gücləndirilmiş iş rejimində çalışır

Florida ştatında 26 fevral tarixi Xocalının Anım Günü elan edilib - FOTO

AFFA rəsmisi “Qalatasaray”ın avrokubok matçında

Bütün xəbərlər