BAKU Azərbaycan
°C

Aprelin 30-da Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Gundem.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb və yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

Nazir çıxışında ulu öndərin genişmiqyaslı fəaliyyətində elmin və təhsilin inkişafının hər zaman prioritet sahə kimi mühüm yer tutduğunu qeyd edib. Emin Əmrullayev Heydər Əliyevin Azərbaycan təhsilinin tərəqqisindəki müstəsna xidmətlərindən birinin ölkəmizdən kənarda ali təhsilli kadrların hazırlanması olduğunu diqqətə çatdırıb. Nazir əlavə edib ki, ümummilli lider 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıb.

Nazir 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin 100 illiyinə həsr olunmuş tədbirlər barədə də iştirakçılara məlumat verib.

Daha sonra "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülmüş bir qrup elm və təhsil işçisinə elm və təhsil naziri tərəfindən medallar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

 

 

Son xəbərlər

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Xalq artistinin xanımı xəstəxanaya YERLƏŞDİRİLDİ: Durumu ağırdır - FOTO

Həssas, təmkinli, intellektual... - Ən mərhəmətli BÜRCLƏR

Qızılın qiyməti 80 dollara ÇATIR

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

Azərbaycanda maaşlar 100 manata qədər ARTDI

Məhkəmə Əziz Orucov barədə QƏRAR VERDİ

Emmanuel Makron Yeni Kaledoniyaya SƏFƏR EDƏCƏK

Rusiya və Özbəkistan prezidentləri Putinin Daşkəndə gözlənilən səfərini MÜZAKİRƏ ETDİLƏR

İlham Əliyev: "Rəisi ilə son görüşdə önəmli qərarlar qəbul edilib"

Tayvan ətrafında GƏRGİNLİK ARTIR: "Çin liderinin əsas hədəfi..." - AÇIQLAMA

Prezident İran səfirliyində oldu - YENİLƏND

Milli Məclisin iclası BAŞA ÇATIB - YENİLƏNİB

"Gürcüstanla da Qazax və Zaqataladan yollar açılmalıdır" - Milli Məclisdə TƏKLİF

17 yaşlı reper özünü güllələdi - FOTO

Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə GÜNAHLANDIRDI

"Belə olan halda yük dövlətə düşür" -  Musa Qasımlı

Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA

Deputatdan sosial şəbəkələrdəki təhlükə ilə bağlı TƏKLİF: "Dövlət nəzarət etməlidir"

İbrahim Rəisinin xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edildi 

Bütün xəbərlər