BAKU Azərbaycan
°C

Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Fazil Əhmədov vəfat edib.

Gundem.az xəbər verir ki, Fazil Əhmədov 1950-ci ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Qəbələ rayonu 1 nömrəli orta məktəbi, 1968-1972-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdir.1972-ci ildə Qəbələ rayonu 8 illik məktəbində müəllim işləmiş, 1979-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə ADU-nun Ümumi və Azərbaycan dilçiliyi kafedrasında, daha sonra Azərbaycan dilçiliyi kafedrasında müəllim işləmişdir. “Molla Vəli Vidadinin dili (leksika və frazeologiya)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 2005-ci ildə Azərbaycan dilçiliyi kafedrası üzrə dosent elmi dərəcəsi adını almışdır.

34 məqalə, 1 dərslik, 3 proqram, 1 lüğət, 2 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir. “Dildə zamanın koqnitiv-semantik xüsusiyyətləri”, “Leksik təkrarlar mətnin təşkilinin aparıcı üsullarından biri kimi”, “Orta əsrlər Azərbaycan yazılı abidələrinin leksikası haqqında bəzi qeydlər”, “İngilis dilindəki frazeoloji birləşmələrdə toponimlərin işlənməsi”, “Azərbaycan dilində indiki və gələcək zamanın arxaik formaları” və s. məqalələrində dilçiliyin  müxtəlif sahələri əhatə olunmuşdur.

1991-ci ildə çap olunmuş bircildlik “Azərbaycan ədəbi dili tarixi” kitabının, 1994-cü ildə hazırlanmış üçcildlik  “Azərbaycan dilinin tarixi lüğətinin”, 2000-ci ildə çapdan çıxmış MTK-nın 6-cı sinfi üçün “Ədəbiyyat” dərsliyinin həmmüəlliflərindən biri və redaktoru olmuşdur.

2005-ci ildə “XVIII Azərbaycan ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu”, 2018-ci ildə “Köməkçi nitq hissələrinin semantik  xüsusiyyətlərinin tədrisi məsələləri” adlı dərs vəsaiti çap olunmuşdur.

Pedaqoji fəaliyyəti dövründə tələbələrin sevimlisi olmuş, onların yetişməsində böyük rol oynamışdır.

Fazil müəllimin xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.     

Fazil Əhmədovun vəfatına kədərləndiymizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.     

Allah rəhmət etsin! (Sfera.az)

Mədinə Useynova

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər