BAKU Azərbaycan
°C

7 may 2024-cü il tarixində Medianın İnkişafı Agentliyi, “Birgə və Sağlam” İctimai Birliyi və DOST Agentliyinin “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə Birliyin nəzdindəki Autizm Mərkəzində seminar və mediatur təşkil edilib.

Gundem.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd media nümayəndələrini autizm haqqında məlumatlandırmaq və mərkəzdə autizmli şəxslərə verilən xüsusi təhsil xidməti ilə tanış etmək olub.

Maarifləndirmə seminarında çıxış edən Autizm Mərkəzinin mütəxəssisi Aynur Qəribova xəstəliyin əlamətləri, həmin şəxslərin təhsili və cəmiyyətə inteqrasiyasının əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və media nümayəndələri Autizm Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova bildirib ki, 10 ildir fəaliyyət göstərən Mərkəzin yeni binasının açılışı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutub, hazırda mərkəzlərdə Princeton Uşaq İnkişaf İnstitutunun təlim modeli – ABA Terapiya (Tətbiqi Davranış Analizi) əsasında 100-ə yaxın autizmli uşaq və gəncə 50-dən çox mütəxəssis tərəfindən xüsusi təhsil verilir.

Qeyd edək ki, DOST Agentliyinin “Könüllü DOST” proqramının həyata keçirdiyi “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli uşaq və gənclərin, həmçinin DOST və Media könüllülərinin iştirakı ilə təkrar emal master-klasında hazırlanmış işlər nümayiş etdirilib.

Sonra onlar media nümayəndələri ilə birgə rəmzi ağacı rəngləyib.

Sonda Mərkəzin nəzdində fəaliyyət göstərən Kaşalata Kafedə Birliyin autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim edilib və xatirə fotoları çəkilib. (Sfera.az)

 

 

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər