BAKU Azərbaycan
°C

Uşaq dünyaya gətirmək ailələrin əksəriyyəti üçün böyük sevinc hissidir. Lakin bəzi ailələrdə uşağın oğlan yox, qız doğulması narazılıqla qarşılanır. Narazı olanların əksəriyyəti, əsasən, kişilər olur. Qadınlar isə bu vəziyətdə qınaq və şiddət obyektinə çevrilir.

Bəs uşağın cinsiyyəti anadan, yoxsa atadan asılıdır?

Gundem.az xəbər  verir ki,mövzu ilə bağlı Sfera.az-a danışan Namiq İsmayılov bildirib ki, insan bədəni milyonlarla hüceyrədən ibarətdir.

“Hər hüceyrənin tərkibində nüvə və xromosomlar yerləşir. Xromosomlar isə genlərdən ibarətdir. Məhz genlər bizim göz, dəri, saç rəngi və maddələr mübadiləsinin xüsusiyyətləri kimi özəllikləri özündə daşıyır. Genlər gen toplusu, yəni genotip yaradır. Gen toplusu hər bir insanda fərqlidir. Qadınlarda xromosom dəsti 46 XX, kişilərdə isə 46 XY kimi işarə olunur. 44 xromosom qeyri-cinsi, 2 xromosom isə cinsidir. Spermatozoid və yumurta hüceyrəsinin hər birində xromosomların yarısı mövcud olur. Qadınların bütün yumurta hüceyrələrində yanlız X cinsi xromosomları olur. Bu hüceyrələrin birləşməsi nəticəsində orqanizm yeni xromosom dəsti yaradır. Bu dəst ya 46XX, ya da 46XY şəklində olur".

Həkim qeyd edib ki, yumurta hüceyrəsi X xromosomundan malik olan spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı, Y xromosomundan mayalanarsa oğlan uşağı dünyaya gəlir.

“Beləliklə fiziki olaraq uşağın cinsinin formalaşmasında yanlız atanın rolu var. Uşağın cinsini spermatozoid formalaşdırır”.

 

Son xəbərlər

Oğurluğa getdi, tutulacağını anlayıb özünə qəsd elədi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

1157-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

“Qartal” restoranında nöqsanlar aşkarlandı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident Anar Quliyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Dəli kimi sevən 5 bürc: Gözləri kor, qulaqları kardır

“Mənə lağ edən günümə düşsün”

Əvəz Zeynallı azadlığa buraxıldı

Onlara vəzifə verildi

Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bütün xəbərlər