Eyni anda iki insanı sevmək mümkündürmü? - AÇIQLAMA
İnsanların əksəriyyəti sevgi və eşq məfhumlarını qarışıdırırlar. Məhz bu baxımdan partnyorlarını sevdiklərini, yoxsa aşiq olduqlarını dərk edə bilmirlər.
Bəs sevgi və eşqi necə ayırd edə bilərik?
Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, sevgi eşqdən daha uzumüddətlidir.
“Bir insanı sevmək üçün uzun müddət zaman lazımdır. Eşq anlayışı isə sevgiyə nisbətən ötəridir, daha qısamüddətlidir. İnsan aşiq olduğu zaman orqanizmində testesteron, esterogen, dopamin, serotonin, oksitosin kimi maddələrin miqdarı artır. Bu maddələr sayəsində özümüzü daha gümrah və enerjili hiss edirik. Sevgi isə bir şəxsə qarşı duyulan diqqət və bağımlılıqdır. Bir insanı sevmək üçün onu tanımağa ehtiyac duyursan. Aşiq olan zaman tanımadan belə o insanı gözündə ilahiləşdirirsən”.
Psixoloq qeyd edib ki, insan eyni anda birdən çox şəxsi sevə bilər, ancaq bir insana aşiq ola bilər.
“Yəni eyni anda iki insana aşiq olmaq eşq hissinin mahiyyətinə görə mümkün deyil. Sevgi isə yalnız qarşı cinsə məxsus deyil. İnsan anasını, atasını və doğmalarını eyni anda sevə bilir”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay