BAKU Azərbaycan
°C

Bu gün İsmayıllıda I və II Qarabağ müharibəsi döyüşlərinin şəhid ailələri ilə görüş keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları iştirak edib.

Gundem.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə ərzailərimizin bütövlüyü uğrunda yüzlərlə ismayıllı gəncinin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu bildirilib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkür bildirilib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb. 

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq İsmayıllıda da şəhid ailələrinə daim diqqət və qayğı göstərilir.


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və təqvim ilinin yenilənməsini şəhid ailələri ilə qeyd etməyi özümüzə borc bildik. Biz bu gün, bir daha dövlət-xalq birliyinin, bütövlüyümüzün nə qədər sarsılmaz olduğunu gördük. Bir daha şahidi olduq ki, bizi bir amal birləşdirir-müstəqil və suveren ölkə olan Azərbaycan və bu ölkənin yenilməz, dəmir iradəli, dəmir biləkli Prezidenti cənab İlham Əliyevə olan sonsuz sevgi və ehtiram duyğusu.

Sonra şəhidlərin Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edildikləri orden və medallar şəhidlərin ailələrinə təqdim edilib.

Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda xatirə şəkli çəkilib.

 

Son xəbərlər

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Yeni yayılmağa başlayan Hepatit E virusunun fəsadları nədir? - AÇIQLAMA

Azərbaycan və Belarusun üç şəhəri QARDAŞLAŞDI

Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - “Qızını qəbul etmir”

Yazda payızı yaşayan Bakı – FOTOREPORTAJ 

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim KEÇİRİLİR

Pərəstişkarlarından məşhur müğənniyə BÖYÜK JEST: 8 dəqiqə ərzində...

Gürcüstanın baş naziri Türkiyəyə rəsmi SƏFƏR ETDİ

Azərbaycan-Belarus arasında doqquz sənəd İMZALANDI - YENİLƏNDİ

"Yuxu nəzəriyyəsi" alt-üst oldu: "Tullantılardan təmizləmir!"

Sabah yağış intensivləşəcək - PROQNOZ

Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!

Uşaqlar bağçaya necə adaptasiya olunmalıdır? - Mütəxəssisdən AÇIQLAMA

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər SAXLANILDI

Nikol Paşinyan: "Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır"

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Şoyqudan müharibənin gedişi ilə bağlı MÜHÜM AÇIQLAMA: "Bütün istiqamətlərdə..."

Ayxan Hacızadə: "Biz bir daha Fransanı Azərbaycana qarşı əsassız iddiaları dayandırmağa çağırırıq"

Bu il Azərbaycan 7 milyon tona yaxın neft İXRAC ETDİ

Bütün xəbərlər