BAKU Azərbaycan
°C

1997-ci ildə çəkilmiş məşhur "Titanik" filmində Keyt Uinsletin canlandırdığı Rouz (Roza) Dyuitt Bukaterin geyindiyi palto hərracda rekprd məbləğə satılacaq.

Gundem.az bildirir ki, "Batan palto" kimi tanınan bu kostyumun “Entertainment Memorabilia” auksionunda 125.000-250.000 dollar arasında satılacağı gözlənilir. Hərrac “PropStore” tərəfindən təşkil olunacaq və avqustun 15-dən 18-dək baş tutacaq.

Roza filmdə ilk dəfə gəminin aysberqə dəyməsindən qısa müddət sonra yaxasında və manşetlərində naxışlı qara qıvrımlar olan açıq çəhrayı paltoda görünür.

Məhz burada Roza “Titanik”in cəmi bir saat ərzində batacağını və Atlantik okeanının dibinə çatacağını bildirir. Bu paltoda qəhrəman anası və Cal ilə xilasedici qayığa minmək üzrədir.

Maraqlıdır ki, geyim dizaynerləri çəkiliş üçün paltonun bir neçə variantını hazırlayıblar, çünki paltarın suya düşdüyü səhnələrin bir neçə kadrını çəkmək lazım gəlirdi. Bu paltonun iki versiyası əvvəllər müxtəlif auksionlarda satılıb: birincisi 2019-cu ildə “GWS” auksionunda 270.000 dollara, ikincisi isə 2023-cü ildə “Goldin” auksionunda 110.400 dollara satılıb.

 

 

 

Son xəbərlər

Castin Biberin arvadı Kıvançın VİDEOsunu paylaşdı

Göbələk xərçəngin dərmanı imiş

Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Vaxtla bağlı YALANLAR - Niyə “az” deyib “çox” gecikirik?

1239-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək

Azərbaycan çempionu oldular

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

Həftəsonunadək hava necə olacaq?

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

Əkrəm İmamoğluna hökm oxundu

Emin rus aparıcıları onlarla əvəzlədi

Bütün xəbərlər