BAKU Azərbaycan
°C

Tayvan liseylərindən birinə aqressiv meymun sürüsü basqın edib. Onlar anomal istidən qaçaraq, həm də yemək axtarıblar.


Gundem.az bildirir ki, meymun sürüsü məktəbə hücum edib. Şahidlərin sözlərinə görə onlar təhsil müəssisəsinin ərazisinə daxil olaraq, damın üstünə çıxıb və sinif otaqlarında olan hər şeyi çevirərək, tələbələrin bel çantalarını gəzdiriblər. Meymunlar anomal istidən təhsil müəssisəsində gizlənib, həm də yemək axtarıblar.
Sakinlərin bildirdiyinə görə, meymunlar tez-tez təhsil müəssisəsinin ərazisinə qalxırlar, lakin əvvəllər onların sayı xeyli az - təxminən altı və ya yeddi olub. Bu dəfə isə sürü ilə gəliblər.
 

Məktəb rəsmiləri uşaqlara sakit olmağı və dərhal bütün qapı və pəncərələri bağlamağı tapşırıb. Çubuqla silahlanmış direktor Liao Yuyun təhsil müəssisəsinin ərazisini şəxsən patrul edib. Onun sözlərinə görə, bu, vurmaq üçün deyil, yerə çırpmaq və heyvanları qorxutmaq üçündür.

"Deyəsən yayın istisindən xilas olmaq istəyiblər və bura gəliblər. Bütün qapı-pəncərələr bağlı olduğundan axırda qaçıblar" - məktəb işçisi deyib.


Bu maraqlı hadisəni şərh edən tələbələrdən biri ironiyasız şəkildə:
“Biz direktordan başqa heç kimdən qorxmuruq, məncə, meymunlar da elədir” - deyib

Bildirilir ki, tayvanlı meymunlar dəstəsinin macəraları bununla da bitməyib. Sonradan qonşuluqdakı dükanlara keçərək soyğunlarını davam etdiriblər.

"Əgər nələrisə götürürlərsə, yaxşısı budur götürsünlər, çünki başqa seçim yoxdur. Kim onlara müqavimət göstərməyə cəsarət edə bilər?" - basqından zərər çəkmiş yerli mağaza sahiblərindən biri bildirib.

 

 

Son xəbərlər

Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun

Nadir bu tarixdə oğluna toy edir - FOTO

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Quş qripi sürətlə mutasiyaya uğrayır

Sürücülərin nəzərinə!

Bu marşrutunun hərəkət sxemi müvəqqəti dəyişir

"Samsung"un baş direktoru vəfat etdi

Dünyanın ən varlı qadınları

Qızılın qiyməti rekord həddə BAHALAŞDI

"Liverpul"un ulduzu "Real"da!

Bu BÜRCLƏR ayın sonuna kimi şəxsi xoşbəxtlik tapacaq

16 minlik oğurluq etdi

Aysunun keçmiş ərinin paylaşımına qəribə REAKSİYA:" Acığına gəlməsin, canını yaxşı qurtardın" - FOTO

“Kızıl goncalar”ın final tarixi dəyişdi

Sabahdan bu məktəblərdə dərs başlayır

Arıqlayacağının anonsunu verdi - VİDEO

Qəza aeroport yolunda sıxlıq yaratdı - VİDEO

Süni tənəffüs aparatına qoşulan aktyordan XƏBƏR VAR

"Fənərbağça" bu ulduzunun maaşını azaldacaq

Ən xoşbəxt BÜRCLƏR

Bütün xəbərlər