BAKU Azərbaycan
°C

Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər.

Gundem.az xəbər verir ki, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.

O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.

"Kişidən bu həyatda nə qalır? Sabah səni "ayaqlarını qabağa uzadıb" apardılar, səndən nə qalacaq? Birincisi - ad, ikincisi - uşaqlar. Qalan heç nə ümumiyyətlə heç kimi maraqlandırmır", - deyə Qurulyov vurğulayıb.

Deputat, həmçinin uşaqsızlıq vergisindən əldə edilən vəsaitin Rusiyadakı uşaq evlərinin modernləşdirilməsinə yönəldilməsini təklif edib.

Bundan əlavə, Andrey Qurulev "childfree" (şüurlu şəkildə uşaq sahibi olmamaq istəyi - red.) ideologiyasının qadağan edilməsi ideyasını dəstəkləyib. Deputatın fikrincə, belə bir mövqe ənənəvi ailə dəyərlərinə ziddir və ölkədəki demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov da Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.

Son xəbərlər

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

Zibil qutusuna uşaq atan ananı NƏ GÖZLƏYİR?

Bakı və İrəvan həll yoluna yaxındır - Paşinyan

"7 saat əməliyyat etdirmişəm ki, yenidən "botoks" vurdurum?" - VİDEO

"Qalatasaray"dan ayrıldı - bu kluba getdi

Trampın böyük oğlu vəzifəsindən imtina etdi

"İkinci evliliyə pis baxıram, boşansam, ailə qurmayacağam" - VİDEO

"Toppuş bacı"nın əri ondan qalan əşyaları PAYLAŞDI - FOTO

Niyə daim çay və ya qəhvə içmək istəyirik? - SƏBƏB

Prezident Çinin Baş nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycan və Rusiya baş nazirləri görüşdü

Azərbaycan Prezidenti İranın vitse-prezidenti ilə görüşdü

Əkrəm İmamoğlu COP29-da iştirak edir - FOTOLAR

COP29-un ikinci günü nə qədər sərnişin daşınıb?

Azərbaycanda tələbə faciəvi şəkildə öldü

Bu rayonlara yağış yağır

Ronaldinyodan COP29-la bağlı PAYLAŞIM –FOTO

“Real”ın futbolçusu 19 yaşında karyerasını bitirdi

Azərbaycanda ilk: Bakıda özəl aeroport tikilir

Prezident Pakistanın Baş naziri ilə görüşdü -FOTO

Bütün xəbərlər