BAKU Azərbaycan
°C

ABŞ-da ana övladlığa götürdüüy uşağın üstündə oturaraq, onu öldürüb.

Gundem.az  xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın “The Mirror” nəşri yayıb.

Qeyd olunur ki, hadisə İndiana ştatında keçən il baş versə də, 49 yaşlı qadın Cennifer Li Uilson indi məhkum edilib. Hüquq-mühafizə orqanları Porter qraflığında 10 yaşlı uşağın nəfəs almadığını və nəbzinin vurmadığını aşkar ediblər.

Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Mütəxəssislər onun döş qəfəsinin aşağı hissəsində bir neçə qançır, qaraciyər və ağciyərlərində qanaxma aşkar ediblər. Mütəxəssislər hadisənin səbəbini beyin ödemi adlandırıblar.

Ana bildirib ki, övladlığa götürdüyü oğlu həmin gün özünü pis apararaq evi tərk edib. Uilson onun arxasınca gedib və onun bir qadınla danışdığını görüb. O bildirib ki, oğlan həmin qadından polisə müraciət etməsini istəyib. Lakin ana qonşu qadına “öz işinə baxmasını” bildirib.

Bu zaman uşaq yıxılıb və Uilson onun üstünə oturub. Qeyd olunur ki, qadının çəkisi 154 kiloqram, uşağın çəkisi 40 kiloqram olub. Məktəbli müqavimət göstərsə də sonradan dayanıb. Amerikalı qadının dediyi kimi, o, oğlanın yalandan sakit dayandığını düşünüb və təxminən beş dəqiqə onun üstündə oturub.

Məhkəmə qadını təqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib.

 

Son xəbərlər

Mətanət İsgəndərlinin keçmiş gəlini "Sənətiniz yoxdur!" deyən aparıcıya cavab verdi

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Şahbaz Şərif 3 günlük Azərbaycana gəlir

İlyas İsmayılov vəsiyyət etdiyi yerdə dəfn olunacaq

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi- 13 il sonra

Tom Kruz məşhur aktrisa ilə eşq yaşayır? -FOTO

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühümmüttəfiqi adlandırdı

Sabah bu ərazidə qaz olmayacaq

Türkiyədə universitetdə silahlı incident - Yaralılar var

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi

Afət Telmanqızına qarşı dələduzluq edildi

AFFA-dan bu kluba xəbərdarlıq

FHN helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparıldı - VİDEO

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Bu il yeni doğulan uşaqlara ən çox verilən adlar - SİYAHI

Bütün xəbərlər