
Dünya
17.03.2025 / 21:00
154
ABŞ Ermənistana hərbi texnika daşıyacaq
ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürmək istəyir.
Gundem.az xəbər verir ki, bu barədə RT sənədlərə istinadən məlumat yayıb.
Qeyd olunub ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək:
“Daşınma iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam etməlidir. Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub. Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, 151 ədəd texnikanın daşınması planlaşdırılır”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay