
Dünya
17.03.2025 / 22:00
268
Peskov Trampın sözünü təsdiqlədi: Doğrudur!
Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında telefon danışığı çərşənbə axşamı, martın 18-nə planlaşdırılıb.
Gundem.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Bəli, bu doğrudur. Həqiqətən də çərşənbə axşamına belə bir söhbət hazırlanır”, - o bildirib.
Qeyd edək ki, daha öncə ABŞ lideri Donald Tramp martın 18-də Putinlə şəxsən danışacağını bildirmişdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay