
Dünya
17.06.2025 / 11:30
90
Rusiya üç istiqamətdən hücum edir: şiddətli döyüşlər gedir
Rusiya işğalçı qüvvələri Donetsk vilayətində Konstantinovkanı üç istiqamətdən mühasirəyə almağa çalışır. Şiddətli döyüşlər gedir.
Gundem.az xəbər verir ki, bu barədə Ukraynanın “Xortitsa” əməliyyat-strateji qruplaşmasının mayoru Viktor Trequbov məlumat verib.
Onun sözlərinə görə, hazırda rus qoşunları Pokrovsk istiqamətindən – Pokrovsk-Konstantinovka magistral yolu ilə Konstantinovkaya daxil olmağa çalışır.
Trequbov qeyd edib ki, hazırda ən gərgin döyüşlər məhz burada gedir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay