
Dünya
19.06.2025 / 16:21
90
İran rəsmən təsdiqlədi: Sabah bu üç ölkə ilə…
İranın Fransa, İngiltərə və Almaniya ilə danışıqlar aparacağını ölkənin xarici işlər naziri Abbas Əraqçi təsdiqləyib.
Gundem.az xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.
“Cümə günü Cenevrədə Avropa nümayəndə heyəti ilə görüşəcəyik", - Əraqçi deyib.
O qeyd edib ki, danışıqlar XİN rəhbərləri Jan-Noel Barrot (Fransa ), Devid Lammi (Böyük Britaniya ) və İohan Vadefulun (Almaniya) iştirakı ilə keçiriləcək.
Görüşdə, həmçinin Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da iştirak edəcək. /Publika.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay