
Dünya
04.07.2025 / 22:00
323
Donald Tramp: “Ağ Evdə UFC döyüşü keçirilə bilər”
ABŞ-nin Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün təşkil olunacağını bildirib.
Gundem.az xəbər verir ki, Tramp bu fikri Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr olunan tədbirdə səsləndirib: "Təsəvvür edin, Ağ Evin həyətində UFC döyüşü keçirilir. Bunun üçün kifayət qədər yer var", - deyə o qeyd edib.
Tramp döyüşün təxminən 20-25 min tamaşaçı ilə keçiriləcəyini desə də, nə tarix, nə də iştirakçılarla bağlı məlumat verməyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay