BAKU Azərbaycan
°C

Rusiya Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin sədr müavini, Hərbi Hava Desant Qüvvələrinin keçmiş komandanı, general-polkovnik Vladimir Şamanov bildirib ki, Rusiya ordusunun səhvlərindən biri Ukraynada onun gül-çiçəklə qarşılanacağını gözləməsi olub.

Gundem.az Hafta.az-a istinadla bildirir ki, Şamanov bu barədə jurnalist Oksana Kravtsovaya müsahibəsində bildirib.

Şamanov izah edib ki, Ukraynada SSRİ dövründən indiyədək bir çox hərbi universitetlər qorunub saxlanılıb və bu universitetlər demək olar ki, hər bir regionda mövcuddur. O qeyd edib ki, bu, ölkədə “ordunun dirçəlişinin əsası” adlandırılan məktəbi qoruyub saxlamağa imkan verib.

“Ona görə də gül-çiçəklə qarşılanacağımızı gözləyənlər, bunun hesabını ilk beş gündə çox ağır ödədiıər. Bu gün biz artıq bu komponentin öhdəsindən gəlmişik, lakin hələ görüləsi çox şey var”, - deyə general-polkovnik bildirib.

Şamanovun sözlərinə görə, xüsusi əməliyyatdan sonra Ukraynanı nə gözlədiyini indi proqnozlaşdırmaq çətindir. O, bəyan edib ki, ölkənin “demilitarizasiyası” və “denazifikasiyası” 5-10 il çəkə bilər. Bundan əlavə, onun fikrincə, “bu neonasistlərlə çirklənməmiş hökumət qurmaq” çətin olacaq.

Ukraynanı Rusiya Federasiyasının tərkibində görüb-görmədiyi sualına cavab verən Şamanov bildirib ki, bu iki şərt yerinə yetirilməsə, Rusiyanın Ukraynaya ehtiyacı olmayacaq.

Son xəbərlər

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

"Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondunu 4 dəfə artırdıq" - Prezident

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Bu səbəbdən insanların ölüm riski ARTIB

Blinken Çində səfərdədir

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası İNŞA EDİLƏCƏK

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Bütün xəbərlər