09.08.2022 / 21:56
742
Hərbçiləri daşıyan maşın partladıldı - 15 ölü
Burkina-Fasoda hərbçiləri daşıyan maşın partladılıb.
Gundem.az xəbər verir ki, bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb.
Ölkənin şimalında baş verən hadisə nəticəsində 15 hərbçi ölüb.
İnsident Mərkəzi-Şimal bölgəsinin Bam əyalətinin kənd yolunda baş verib, burada əsgərlər və mülki şəxslər mütəmadi olaraq üsyançılar tərəfindən hədəfə alınıb.
Qeyd edək ki, Əl-Qaidə və İŞİD ilə əlaqəsi olan qruplar ən azı 2015-ci ildən regionda fəaliyyət göstərir.
Modern.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay