BAKU Azərbaycan
°C

Qarabağdakı ermənilərin keçmiş "müdafiə naziri" Cəlal Arutyunyan dindirilmək üçün istintaqa çağrılıb.

Gundem.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" nəşri məlumat yayıb.

Bildirilib ki, separatçıların "general"ı 44 günlük müharibədəki uğursuzluqlara görə dindiriləcək.

Onun əsas iki fakt üzrə ifadə verəcəyi vurğulanıb. Məlumata görə, Cəlal Arutyunyanın ifadə verməli olduğu faktlardan biri də 60 nəfərin müəmmalı şəkildə məhv olması ilə bağlıdır.

Müharibənin ilk günlərində 20 artilleriya heyəti bir neçə saatın içində məhv edilib. İndi "general" həmin artilleriya heyətinin təhlükəsizliyinin təmin olunmaması faktına görə ifadə verməlidir.

Məlumata görə, 47 yaşlı Cəlal Arutyunyana qarşı ittihamın digəri 7 oktyabr döyüşləri ilə bağlıdır:

"Məhz onun əməlləri nəticəsində oktyabrın 7-də əks-hücum zamanı erməni birləşmələri xeyli canlı qüvvə və hərbi texnika itkisi verib. Ehtiyatda olan birləşmələr isə mühasirəyə düşüb. Atəş mövqeləri isə Azərbaycan Ordusunun nəzarətinə keçib” - deyə nəşrin yaydığı məlumatda bildirilir. (publika.az)

 

Son xəbərlər

Ərdoğandan PKK ilə bağlı ilk- Açıqlama

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Xarici səyyahlar Cəbrayılda - FOTO

Ən həssas BÜRCLƏR: Söz deməmiş gözlərinin yaşı "süzülür"

Azərbaycanda hiss olunan zəlzələ oldu

1234-cü gün: Rusiyanın itkiləri yeniləndi

Əhaliyə xəbərdarlıq: Növbəti 3 gündə...

Ölkədə doğulan körpələrin sayı açıqlandı

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Bütün xəbərlər