25.09.2022 / 23:12
477
Latviya və ABŞ birgə təlimlər keçirəcək
Latviya Milli Silahlı Qüvvələri və ABŞ-ın Avropadakı Xüsusi Əməliyyat Qüvvələri HIMARS yaylım atəşli raket sistemlərinin iştirakı ilə birgə təlimlərdə iştirak edəcək.
Bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin məqsədi hədəflərin aşkarlanması və müəyyən edilməsində iki ölkənin silahlı qüvvələrinin birgə fəaliyyətini nümayiş etdirməkdir.
ABŞ-ın Avropadakı Xüsusi Əməliyyat Qüvvələrinin MC-130J Commando II təyyarəsi ilə HIMARS sistemlərinin çatdırılması sifariş əsasında keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay