BAKU Azərbaycan
°C

NATO-ya üzv olan 30 ölkənin hamısı Ukraynanın hərbi-siyasi bloka qoşulmasının zəruriliyində həmfikirdir.

Gundem.az bildirir ki, bu barədə dekabrın 1-i Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib.


Stefanişinanın sözlərinə görə, NATO-ya üzv olan bütün ölkələr Ukraynaya qapıların açıq olduğunu təsdiqləyib.


"Alyansa üzv olan ölkələrin heç biri Ukraynaya "yox" cavabını verməyib. Əslində, bu gün bütün 30 NATO ölkəsi Ukraynanın müraciətinə rəsmi baxılacağını təsdiqləyib. Buxarest görüşündən sonra artıq bu artıq NATO-nun rəsmi mövqeyidir. (NATO üzv ölkələrin xarici işlər nazirlərinin 30 noyabr Rumıniyanın paytaxtında görüşü)”-deyə Olqa Stefanişina bildirib.
 

“İndi Kiyev üçün əsas prioritet Alyansın 2023-cü ilin iyulunda keçiriləcək sammiti çərçivəsində bu qərarı reallaşdırmaqdır”-deyə xanım Stefanişina vurğulayıb.
 

Olqa Stefanişina onu da əlavə edib ki, hazırda dünyada təhlükəsizlik məsələləri kontekstində Şimali Atlantika Alyansına alternativ yoxdur.
 

Onun sözlərinə görə, Ukraynanın üzvlüyə qəbul edilməsi xahişi ilə NATO-ya müraciət etmək qərarı Rusiya ilə müharibədə qalib gəlmək üçün deyil, bu qərar ümumilikdə ölkənin təhlükəsiz gələcəyi naminə verilib.

"Bu, müharibədən sonrakı dövr üçün strateji qərardır" -deyə Olqa Stefanişina bildirib.

Stefanişina eyni zamanda müttəfiqlərin bu gün Ukraynaya verilə biləcək hərbi sursatları olmadığını bildirib.


“Bununla belə, NATO Rusiya üçün böyük bir tətik olaraq qalır”- deyə xanım Stefanişina sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, Macarıstan 2017-ci ildən Ukraynanın NATO iclaslarında iştirakını əngəlləyir. Bu səbəbdən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Alyansın Buxarestdə keçirilən toplantısında rəsmi sessiyada iştirak edə bilməyib.

Macarıstanın xarici işlər naziri Peter Szijarto, öz növbəsində, Budapeştin Transkarpatiyadakı diasporla problemi həll olunmadığına görə, Ukraynanı NATO-da bloklamaqda davam edəcəyini vurğulayıb.

 

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər