Dünya
20.12.2022 / 17:27
190
Zelenski Baxmuta getdi - Video
Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Baxmut şəhərinə səfər edib.
Gundem.az xəbər verir ki, bu barədə məlumatı şəhərdəki mənbələrinə istinadən “FreeDom” kanalı yayıb.
Zelenskinin səfərinin əvvəlcədən elan olunmadığı bildirilir.
Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforovun sözlərinə görə isə, Zelenski Baxmutda ön cəbhəyə gedib və ukraynalı hərbçilərlə görüşüb. O, Zelenskinin artıq Baxmutu tərk etdiyini qeyd edib.
Qeyd edək ki, Baxmut şəhəri ətrafında bir neçə aydır döyüşlər gedir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay