Serj Sarkisyan və qızları MƏHKƏMƏ QARŞISINDA
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan, qızları Anuş və Satenik qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.
Gundem.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Armenia” nəşri yayıb.
Qeyd olunur ki, həmin vətəndaşlar bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınırlar və ilk məhkəmə iclası 2023-cü il yanvarın 19-na (15:00) təyin edilib.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi xatırladıb ki, məhkəmə iclasına gəlməmək işə baxılmasına maneə deyil.
Xatırladaq ki, Ermənistanın üçüncü prezidentinin qardaşı Levon Sarkisyan, qızı Ani və oğlu Narek də qanunsuz varlanmada, bəyan edilməli olan əmlakı gizlətməkdə ittiham olunurlar.
Levon Sarkisyana qarşı axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. Ani və Narek Sarkisyan ev dustaqlığındadırlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay