BAKU Azərbaycan
°C

Ukrayna prezidenti  Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə Ukraynanı tərk edir. ABŞ mətbuatı ölkə başçısının bu gün Vaşinqtonda olacağı barədə xəbər yayıb. Səfər son ana qədər gizli saxlanılıb. Məlumata görə, Zelenski Konqresin hər iki palatasının ümumi toplantısında çıxış edəcək və prezident Co Baydenlə görüşəcək.

Zelenskinin gizli səfərinin məqsədi nədir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, o, ABŞ-a səfəri çərçivəsində Ukraynaya dəstəyin daha da artırılmasına nail olmağa çalışacaq:

 

“Düzdür, ABŞ bu gün sözügedən yardımı artırmaqda davam edir. Lakin nəzərə almalıyıq ki, noyabr ayında ABŞ-da Nümayəndələr Palatasına seçkilər keçirildi, orada respublikaçılar da yer aldılar. Əlbəttə, ABŞ-ın Ukraynaya yardım göstərməsində hər iki qanadın – həm demokratların, həm də respublikaçıların ortaq məxrəcə gəlməsi çox önəmlidir. Bu baxımdan düşünürəm ki, Zelenskinin səfərinin arxasında məhz hər iki qanaddan dəstək almaq dayanır”.


Müsahibimiz vurğulayıb ki, ümumiyyətlə ABŞ respublikaçıların dövründə Rusiya siyasətində demokratlara nisbətən loyal münasibət sərgiləyirdilər:

 

“Ona görə də Zelenski səfəri zamanı məhz həmin kəsimi tərəfinə çəkməyi və basqıların artırılması ilə ABŞ-ın Ukraynaya bundan sonrakı yardımlarını davam etdirməyi planlayır. Nəzərə almalıyıq ki, müharibə başlayandan bu yana ABŞ Ukraynaya 34 milyard dollar vəsaitə qədər silah-sursat və humanitar yardım göstərib. Zelenskinin ABŞ Konqresində çıxışı da xüsusilə önəmlidir. Hesab edirəm ki, bu çıxışlardan sonra ABŞ-Ukrayna münasibətlərində yeni dönəm başlayacaq. Güman ki, Ukraynanın NATO-ya üzvlük məsələsi də müzakirə ediləcək. İndi olmasa belə, növbəti dövrlərdə - Rusiyanın ölkədən çıxarılmasından sonra bu məsələnin gündəmə gəlməsi gözləniləndir”.

 

Qeyd edək ki, son zamanlar ABŞ mətbuatında Bayden administrasiyasının Ukraynanı Rusiyanın hücumlarından qorumaq üçün ona “Patriot” raketləri tədarük edəcəyi ilə bağlı xəbərlər də yayılıb.

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər