Dünya
30.03.2023 / 21:47
257
Ağ Evdən ÇAĞIRIŞ - Dərhal ölkəni tərk edin!
ABŞ Dövlət katibi Entoni Blinken Rusiyada yaşayan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Gundem.az xəbər verir ki, bu barədə dövlət katibinin bəyanatında deyilir. Qeyd olunub ki, buna səbəb “Vol Strit Jurnal”ın əməkdaşı Evan Qerşkoviçin həbs olunmasıdır.
"Dövlət Departamentinin ən yüksək prioriteti ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyidir. Biz Rusiyada ABŞ vətəndaşlarını təhdid edən təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı bir daha təkrar edirik. Rusiyada yaşayan və ya oraya səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər” - bəyanatda qeyd olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay