BAKU Azərbaycan
°C

“Türkiyəsiz bölgədəki İŞİD, Rusiya və İrandan gələn təhlükələrə qarşı yaxşı siyasət aparıla bilməz, bu qədər sadədir”.

Bunu ABŞ prezidentinin Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

“İllərdir dediyimiz kimi, bu dövrdə Türkiyə və ABŞ-ın xarici siyasətinin koordinasiyası böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə İŞİD, Rusiya və yaxın zamanda nüvə silahı istehsal edə biləcək İran tərəfindən təhdid edilir. Bunlar ciddi təhdidlərdir. Türkiyə üçün də təhdiddir. Türkiyəsiz bu təhlükələrə qarşı yaxşı siyasət aparıla bilməz, bu qədər sadədir”, - amerikalı siyasətçi vurğulayıb.

Ceferi bir sıra regional məsələlərə yanaşmada Türkiyə və ABŞ-ın eyni tərəfdə olduğunu bildirib:

“Münaqişələrə, Suriyadakı mübarizəmizə, Əfqanıstandakı vəziyyətə, Kosovo və Ukraynadakı fəaliyyətlərimizə baxaq, bu məqamlarda Türkiyə və ABŞ eyni tərəfdədir”.

Onun sözlərinə görə, hər iki tərəfdən anlaşılmazlıq və yanlış diplomatiya ucbatından münasibətlərdə çətinliklər var və bunu həll etmək lazımdır:

“Bunu ancaq Prezident Ərdoğan və Prezident Bayden səviyyəsində həll etmək olar. Görüş keçirilir, telefon danışığı aparılır, indi önəmli olan iki liderin ikinci dərəcəli məsələləri bir kənara qoymasıdır. “S-400”-lərin alınmasına göz yumub, sözlərə yox, hərəkətə baxmaq olar”.

Ceyms Cefri hesab edir ki, Türkiyə öz ərazisini təhlükələrdən qorumaq üçün ABŞ-la yaxşı münasibətdə olmalıdır:

“Burada əsas problem bu prosesin ABŞ-ın xarici siyasət sistemində ilişib qalmasıdır. Biz “soyuq müharibə” qədər təhlükəli dövrdəyik və ABŞ hökuməti təhlükənin fərqində deyil. Deyə bilərəm ki, 30 illik gərəksiz xarici siyasətin yükü altındadırlar. “Soyuq müharibə” dövründə etdiyimiz kimi, Yaponiya, Almaniya, Türkiyə və Fransa kimi əsas müttəfiqlərlə münasibətlərimizə üstünlük verilməlidir”. Teleqraf.com

  •  

Son xəbərlər

Xəzərdə zəlzələ oldu

Prezident Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verdi

Prezident və birinci xanım Fatma Səttarovanın dəfninəəklil göndərdi

Fatma Səttarova II Fəxri xiyabandaDƏFN OLUNDU

Azərbaycanda COP 29-a görə bu günlərdəİŞ OLMAYACAQ

Azərbaycan Qran-Prisinin ikinci gününün proqramı

Qusarda motosiklet aşdı -Ölən var

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu

Birdən-birə yoxa çıxan Anjikuni gölünün sakinlərinin başına nə gəlib? -FOTO

Tbilisi meri: "Gürcü xalqı iləhəyasızcasına rəftar edənlərin hamısı düşməndir"

Azərbaycanlı aktrisa səhnədə yıxılıb xəstəxanalıq oldu: "Beyin sarsıntısı..." - FOTO

Putinin səfir təyin etdiyi İradə Zeynalova kimdir? - DOSYE

Putin İradə Zeynalovanı səfir TƏYİN ETDİ - FOTO

Azərbaycanda iş yerini dəyişənlərin sayı sürətlə ARTIR - STATİSTİKA

Bağçalarda həftəlik iş rejimi ilə bağlı nizamnamə TƏSDİQLƏNDİ

"Cənubi Koreya Ermənistana silah tədarükünə Qərbin diktəsi ilə razılıq verib..." - AÇIQLAMA

Azərbaycan özünü ətlə tam təmin edə bilmir - RƏQƏMLƏR

Azərbaycanın kibertəhlükəsizlik indeksi beynəlxalq reytinqdə yüksəldi -93,76 bal

Ukrayna üçün nəzərdə tutulan 5,8 milyard dollarlıq yardım təxirə salına bilər

Yetərincə yatmamaq bu xəstəlikləri YARADIR - Alim AÇIQLADI

Bütün xəbərlər