BAKU Azərbaycan
°C

Alimlərin fikrincə, qlobal istiləşmə bir sıra şəhərlərin mövcudluğunu təhdid edəcək. Britaniya alimləri genişmiqyaslı tədqiqat aparıblar və bu araşdırma zamanı anormal istilərdən daha çox risk altında olan ölkələri müəyyən edə biliblər.

Gundem.az Lent.az-a istinadən məlumatına görə, alimlər xəbərdarlıq ediblər ki, iqlim dəyişikliyi şəraitində isti dalğaları daha tez-tez baş verir və minlərlə ölümlə nəticələnə bilər.

Tədqiqatçılar vurğulayırlar ki, bəşəriyyət üçün mövcudluq şəraitində gələcək dəyişikliklərə hazırlaşmağın vaxtı çatıb. Onların təklif etdikləri tədbirlər arasında şəhərlərdə soyutma mərkəzlərinin yaradılması və ya işçilərin açıq havada iş vaxtının azaldılması da var.

Eyni zamanda alimlər bildirirlər ki, söhbət təkcə anomal istilərin gözlənildiyi ölkələrdən getmir. Belə ki, yeni araşdırmada sosial-iqtisadi amillər, əhalinin artımı, enerji şəbəkələrinin dayanıqlığı və tibbi xidmətlərin əlçatanlığı kimi amillər də nəzərə alınıb.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Əfqanıstan, Papua Yeni Qvineya və Mərkəzi Amerikanın bəzi hissələri kimi bölgələr istilik dalğalarının dağıdıcı təsirlərinə çox həssasdır. Çin və paytaxtı Pekin də nisbətən böyük bir əhali üçün risk baxımından ən həssas şəhər kimi adlanır.

Araşdırmaçılar etiraf edirlər ki, qarşıda nələri gözlədiyinə əmin ola bilmirlər, lakin gələcəyin indiyə qədər gördüklərindən daha pis olacağı ehtimal edirlər. Alimlər həmçinin deyirlər ki, davamlı yüksək temperatur insanları birbaşa öldürə bilər. Bundan əlavə, isti dalğalarının meşə yanğınları riskinin artırması kimi təsirləri də var.

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər