Dünya
01.09.2023 / 11:53
103
Qazaxıstanda AES-in inşası ilə bağlı referendum keçirilə bilər
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublika ərazisində Atom Elektrik Stansiyasının (AES) inşa edilməsi məsələsini referenduma çıxarılmasını təklif edib.
Gundem.az xəbər verir ki, Tokayev bu barədə xalqa müraciətində danışıb.
“AES-in inşası və ya tikintisindən imtina ölkəmizin gələcəyi ilə bağlı son dərəcə vacib məsələdir. Buna görə də, bu məsələni ümumxalq səsverməsinə çıxarmağı təklif edirəm. Konkret tarixləri daha sonra müəyyən edərik”, - deyə Tokayev qeyd edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay