BAKU Azərbaycan
°C

Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ölkə Prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesinə başlayıb.

Gundem.az xəbər verir ki, bu barədə məlumatı partiya rəhbəri İrakli Kobaxidze açıqlayıb. 

Buna səbəb isə Zurabişvilinin hökumətin rədd cavabına baxmayaraq avropalı liderlərlə görüş üçün xaricə səfərə yollanması olub. Partiyanın məlumatına görə, Prezidentin bu addımı ölkə Konstitusiyasına ziddir. 

Xatırladaq ki, Gürcüstan hökuməti ölkə Prezidenti Salome Zurabişviliyə Ukrayna da daxil olmaqla, 9 ölkəyə səfər etməyə icazə verməyib.

Prezidentin avqustun 22-24-ü Ukraynaya, sentyabrın 16-sı İsveçrəyə, sentyabrın 27-29-u Bolqarıstana, oktyabrın 2-3-ü Polşaya, oktyabrın 4-6-sı Belçikaya, oktyabrın 31-dən noyabrın 2-nə qədər Danimarkaya, dekabrın 1-2-si BƏƏ-yə, dekabrın 10-12-si Çexiyaya və dekabrın 18-20-si İsrailə işgüzar səfərlərinə yazılı şəkildə rədd cavabı verilib.

Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, Prezident ölkəni xaricdə yalnız hökumətlə razılıq əsasında təmsil edir. Bildirilir ki, ölkənin xarici siyasətini aparmaq hökumətin vəzifəsidir.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər