BAKU Azərbaycan
°C

Almaniyanın Daxili İşlər Nazirliyi “Hammerskins Germany” adlı irqçi neonasist qrupun fəaliyyətini qadağan edib.

“Report” xəbər verir ki, bu barədə “Nachrichten.at” məlumat yayıb.

Bildirilib ki, ifrat sağ yönümlü “Hammerskins” və ona dəstək verən “Crew 38” adlı qruplar Almaniya Konstitusiyasına qarşı çıxış etdikləri üçün fəaliyyətləri qadağan edilib.

Məlumata görə, sentyabrın 19-da Almaniyanın 10 əyalətində 28 yaşayış məntəqəsində qrupun mərkəzlərində əməliyyat keçirilib, onların mallarına həbs qoyulub.

Daxili işlər naziri Nensi Faeser qadağa ilə bağlı deyib ki, bu, mütəşəkkil ifrat sağçılığa ağır zərbədir:

“Bununla Almaniyada beynəlxalq səviyyədə fəaliyyət göstərən neonasist dərnəyinin insanlığa zidd fəaliyyətinə son qoyduq. Biz bunu etməklə irqçilik və antisemitizmə qarşı açıq siqnal göndərdik”.

Nazir ifratçı sağ qurumları məhv etmək məqsədilə qətiyyətlə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb. O, qadağaya hazırlığın bir il aparıldığını qeyd edərək bu istiqamətdə dəstəyə görə ABŞ rəhbərliyinə təşəkkürünü bildirib.

Məlumata əsasən, Almaniyada təxminən 130 üzvü olduğu deyilən "Hammerskins Germany" 1988-ci ildə ABŞ-da qurulan "Hammerskins Nation" təşkilatının davamıdır. Qrup Almaniyada konsert tədbirləri təşkil etməklə ifrat sağçı təbliğatı aparır. Bu qrupun fəaliyyətinin dayandırılması ilə Almaniya Daxili İşlər Nazirliyinin ölkə üzrə qadağan etdiyi irqçi təşkilatların sayı 20-yə yüksəlib.

Son xəbərlər

ABŞ-dan sülh müqaviləsi AÇIQLAMASI

Putin oktyabrda Qırğızıstana səfər etməyi planlaşdırır

“Deputatların AZAL heyəti ilə görüşündən sonra bəzi miflər dağıldı”

Məcburi köçkünlər şəhərciyində partlayış - Yaralılar var

Avstriya buna görə Ukraynaya 2 milyon avro verəcək

Prokuror Alimpaşa Məmmədova cəza istədi - Bu əmlakları müsadirə ediləcək

"Zəngəzur dəhlizi İrandan keçə bilər" - Ərdoğan

"İndi Xocalıda kim var? Xocalının əsl sahibləri..." - Türkiyə lideri

“Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır” - Prezidentin köməkçisi

Almaniya ukraynalı qaçqınlara yardımı azaldacaq

Türkiyə səfiri Qənirə Paşayeva ilə bağlı məlumat almaq üçün xəstəxanaya getdi

"Rosatom"un rəhbəri Zaporojye AES-dəki vəziyyətdən DANIŞDI

Söyüdlüdəki zavodun fəaliyyətinin bərpasının şərtləri AÇIQLANDI

Nazir macarıstanlı həmkarı ilə videokonfrans formatında görüş keçirdi

Baş nazir Söyüdlüdə vəziyyəti araşdıran Komissiyanı TOPLADI

Çingiz Aytmatovun abidəsinin hazırlanması prosesi başa çatıb

Azərbaycanda 20 minə yaxın körpəyə topuq testi icra olunub

İrəvanda yanğın olub

Ermənistan Putinin həbsini nəzərdə tutan sənədi müzakirəyə çıxarır

“Mexanizmin işləməyinə imkan verəcəklər?”

Bütün xəbərlər