BAKU Azərbaycan
°C

Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 3-də ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxacaq.

Bu barədə Gürcüstan KİV məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Salome Zurabişvilinin də iştirakı ilə oktyabrın 3-də yerli vaxtla saat 12:00-da şifahi dinləmə keçiriləcək.

Qeyd edək ki, sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim “Gürcü Arzusu” Partiyası imzatoplama kampaniyasına başlayıb. S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalq Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək, çünki ən azı 100 səs lazımdır və çoxluğun hazırda cəmi 83 üzvü var.

Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib (Prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var).

Son xəbərlər

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba öldü

"Qızılcanın bu qədər yayılmasına səbəb özəl klinikalardır" - Pediatr OD püskürdü

Tanınmış cərrahı öldürən Türkiyə vətəndaşının məhkəməsi başlayır

Ronaldu qadın futbolçular barədə: “Sizi bağrıma basıram”

Əhaliyə VACİB XƏBƏR: Bundan sonra...

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Azərbaycan yığması Mərakeşə UDUZDU

HƏMAS rəhbəri Maskı Qəzzaya çağırdı

Messi 1-ci, Ronaldo 2-ci oldu

"Həyat yoldaşımı mətbəxə buraxmıram"

Kamil və Gülay Zeynallı bir arada - VİDEO

Ərdoğan Macarıstana səfər edəcək

Rusiyalı məşhur infark keçirdi: Reanimasiyaya yerləşdirildi

Şəkidə obyektə tüfənglə atəş açan şəxs saxlanıldı

Nail Naiboğluna itki - FOTO

Ödənişli yolda ağır qəza - Ölənlər var

Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib

Gəncədə obyektdə yanğın olub

Laçında açıq səma muzeyi yaradılacaq

Türkiyədə azərbaycanlı məmurlara qarşı dələduzluq

Bütün xəbərlər