
25.09.2023 / 16:14
72
Polşa Kanadanın üzr istəməsini tələb edir
Polşanın Kanadadakı səfiri "Qalisiya" SS diviziyası veteranının Kanada parlamentində görünməsinə görə ölkənin üzr istəməsini tələb edib.
Bu barədə səfir Vitold Dzielski (Witold dzielski) “X” platformasında yazıb.
Səfirin sözlərinə görə, Polşa Ukraynanın ən yaxşı dostudur, lakin heç vaxt razı olmayacaq ki, belə yaramazların təbliğatı aparılsın.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Kanadanın Baş naziri Castin Trüdonun Kanada parlamentində 98 yaşlı ukraynalı nasist Yaroslav Qunko salamlaması çoxsaylı müzakirələrə səbəbə olub və bir sıra dövlət rəsmiləri baş vermiş hadisəni İkinci Dünya Müharibəsi zamanı baş vermiş rasizmin dəstəklənməsi kimi qiymətləndirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay