BAKU Azərbaycan
°C

Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.

Gundem.az xəbər verir ki, İran tərəfinin təşəbbüsü ilə Vladimir Putin İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

İbrahim Rəisi İranın BRİCS-ə qoşulmaq üçün müraciətinə verdiyi dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib. Rusiyanın 2024-cü ildə sədrliyi nəzərə alınmaqla, bu Birliyin tamhüquqlu fəaliyyətinə İranın tamformatlı əlaqəsini təmin etmək üçün addımlar müzakirə edilib.

Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunması barədə məlumat verib.

Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. “3+3” məsləhətçi regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub.

İkitərəfli gündəliyə baxılarkən Rusiya-İran əməkdaşlığının konstruktiv və qarşılıqlı faydalı xarakterindən məmnunluq ifadə olunub. Ticarət-iqtisadi əlaqələri daha da gücləndirmək, enerji və nəqliyyat sənayesində iri birgə layihələri təşviq etmək, işgüzar dairələr və turizm mübadilələri xətti ilə əlaqələrin genişləndirilməsi niyyəti təsdiqlənib.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər