BAKU Azərbaycan
°C

Türkiyəli geoloq Naci Görür televiziya proqramlarının birində maraqlı açıqlama ilə çıxış edib.

Gundem.az Türkiyənin “Cumhuriyet” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin məşhur geoloqu, İstanbul Texniki Universitetinin professoru Naci Görür “Haber Global” televiziyasında yayımlanan “Yüz yüze” proqramının qonağı olub. Tanınmış elm adamı Türkiyənin seysmik xəritəsi ilə bağlı açıqlamalar verərək, ölkənin Tunceli bölgəsində zəlzələ riskinə diqqət çəkib. O, bu rayonla bağlı seysmoloji xəbərdarlıq edərək, baş verəcəyi təqdirdə yeraltı təkanların 7,4 bal gücündə olacağını deyib.

“Bunları bəlkə ilk dəfə burada dilə gətirirəm. Tunceli təhlükə altındadır. Bu gün həmin bölgədən heç kim bəhs etməsə də, təhlükə mövcuddur. Ərzincan-Karlıova arasında Yediova fayı var. Bu fayda yeraltı təkan sonuncu dəfə 1790-cı ildə baş qaldırıb, o, 250 ildən bir seysmik aktivlik yaratma potensialına malikdir. Gün getdikcə yaxınlaşır. Xüsusilə Pülümürün olduğu yeri, Ərzincan-Karlıova arasını gözləyirik. Bu fayda seysmik aktivlik oyanarsa, 7,4 ballıq zəlzələ baş verə bilər. Tuncelidən uzaqda deyil. Qərbdən də seysmik cəhətdən aktiv fayla əhatə olunub. Yedisu fayı xüsusilə təhlükəli hesab olunur. Vaxtına çox az qalıb, zarafat deyil. Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik. Təkrarlanma dövrünü bilmirik.

Şərqi Anadoluda hələ bir müddət afterşokların davam edəcəyini qeyd edən geoloq bundan sonra hələ uzun müddət bu ərazidə güclü təbii fəlakətin meydana gəlməyəcəyini vurğulayıb.

“Bu bölgədə hələ 500 il ərzində güclü zəlzələ gözləmirik. Kiçik faylar qırılmağa davam etdiyinə görə, 1-1,5 il müddətində afterşoklar baş verəcək. Şərqi Anadolu fayında Bingöl və Karlıova bölgəsi istisna olmaqla, böyük seysmik fəlakət gözləmirik. Qırılmamış yerlər varsa, onlar tədricən qırılmağa davam edəcək”, – deyə türkiyəli professor bildirib.

İstanbulda gözlənildiyi deyilən zəlzələnin baş verib-verməyəcəyi ilə bağlı sualı cavablandıran alim əlavə edib: “İndi belə bir məsələ müzakirə mövzusu deyil. Məni maraqlandırmır. Araşdırmalara əsasən, bu mövzu ilə bağlı beynəlxalq müzakirələrin gəldiyi qənaət Mərmərə bölgəsində zəlzələnin baş verəcəyi ilə bağlı gözləntidir. Bu bölgənin tarixində də seysmik aktivliklər çox olub. Bizans və Osmanlı tarixindən bilirik. Zəlzələ proqnozu verdiyimiz zaman, Türkiyədə bu məsələni araşdıran elm adamı kimi deyirəm, bu mövzunu bizim qədər tədqiq edən başqa bir qrup yoxdur. Sadəcə türklər deyil, italıyalılar, fransızlar, yaponlar da açıqlama verir. İstanbulda əhalinin sıxlığı və yaşayış binalarının sayı çoxdur. Binaların 60 faizi seysmik xidmətlə təchiz edilməyib. Gözlədiyimiz zəlzələdə itkilərimiz daha çox ola bilər. Logistika, yerləşmə problemləri yaranar. Hətta xilasedicilərin əraziyə gəlməsi qeyri-mümkün ola bilər”. (azərtac)

Son xəbərlər

“Sümüklərini vermirəm deyə hürməyə başlayıblar” - FOTO

Bakıda 42 yaşlı qadını yaşadığı evdə öldürdülər

Azərbaycanda qəribə dəvətnamə: “Toya uşağınızı gətirməyin!” - FOTO

Portuqaliya nəhəngi yeni baş məşqçisini açıqladı

Tanınmış xanəndənin anasının halı PİSLƏŞDİ - VİDEO

Bunları etmək sağlamlığa ziyan vurur

Əli Əsədov Esperansa da Koşta ilə görüşüb

Tahir Salahovun Maykl Cekson ilə FOTOsunu paylaşdı

COP29-da Türkiyə pavilyonunun açılış mərasimi keçirildi - FOTO

Türkana bank direktoru ELÇİ DÜŞDÜ - VİDEO

Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?

"Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib"

Vətən müharibəsi şəhidinin qızı Avropa çempionu oldu

Prezident: Ermənistanın COP29-da iştirak edib-etməməsi öz qərarıdır

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü -FOTO

Rumıniya klubunun rəhbərindən “Qarabağ”la bağlıAÇIQLAMA

Prezident Peter Pelleqrini ilə görüşüb - FOTO

Bakıda “Tesla” ağır qəza törətdi- Ölən var - Video

Leysan,qar, dolu - Sabahın HAVASI

Şüa Hüseynov vəfat etdi

Bütün xəbərlər