BAKU Azərbaycan
°C

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı münasibətləri yeni dövrə qədəm qoyur”.

Gundem.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey Naumov bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır.

“Bu, bir vaxtlar Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin guya Moskva ilə Bakı arasında razılaşma əsasında olmadığının, işğal olduğunun, Rusiyanın Azərbaycanın inkişafına maneə olmaq üçün bu addımı güclə atdığına dair deyilənlərin boş söhbətlər olduğunu göstərdi. Biz gördük ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğu istisnasız olaraq Moskva ilə Bakı arasında olan razılaşmadan asılıdır. İki müttəfiq ölkənin rəhbərliyi nəticəyə gəldilər ki, sülhməramlıların Qarabağda qalmasının mənası yoxdur. Hətta, heç kəs 2025-ci ili gözləmədi. Hesab edirəm ki, bu, harmoniyalı, qarşılıqlı sərfəli və məntiqlə dolu olan Moskva ilə Bakı arasındakı münasibətlərə Rusiya Sülhməramlı Kontingentinin lazım olmadığını göstərir. Mən bütün azərbaycanlı dostlarımı bu əlamətdar tarix münasibətilə təbrik edirəm. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir. Qarabağ məsələsi artıq birdəfəlik qeyd-şərtsiz bağlandı. Düşünürəm ki, biz sizinlə Rusiya-Azərbaycan münasibətlərinin tam harmoniyalı inkişafı yolunda son maneənin necə götürüldüyünü görürük. Daha Rusiya-Azərbaycan münasibətlərində ağrılı nöqtələr, ağrılı məsələlər yoxdur. İndi bu münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhunda inkişaf edə və Rusiya və Azərbaycan xalqlarının xeyrinə işləyə bilər”, - Naumov qeyd edib.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər