BAKU Azərbaycan
°C

ABŞ-Səudiyyə Ərəbistanı arasında müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli sazişlə bağlı işlərin çoxu yekunlaşıb.

Gundem.az “Report”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud Ər Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyasında çıxışı zamanı bildirib.

“Düşünürəm ki, biz ABŞ ilə ikitərəfli sazişlərin imzalanmasına çox yaxınıq. İşlərin çox hissəsi artıq yekunlaşıb. Fələstin cəbhəsində baş verməli olduğunu düşündüyümüz şeylərlər bağlı ümumi konturlarımız var”, - Feysəl bin Fərhan müdafiə paktının bağlanması perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

Daha əvvəl “Reuters” agentliyi Ər Riyadın Vaşinqtonla NATO-nun kollektiv təhlükəsizlik xartiyasının 5-ci maddəsinə yaxın şərtlər əsasında müdafiə paktı bağlamaq üzrə danışıqlar apardığını xəbər vermişdi. Bu maddəyə əsasən, alyansın bir üzvünə hücum onun bütün ölkələrinə müharibə elan etməyə bərabərdir. Agentliyin mənbələrinin məlumatına görə, təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura bilər.

Son xəbərlər

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Yeni yayılmağa başlayan Hepatit E virusunun fəsadları nədir? - AÇIQLAMA

Azərbaycan və Belarusun üç şəhəri QARDAŞLAŞDI

Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - “Qızını qəbul etmir”

Yazda payızı yaşayan Bakı – FOTOREPORTAJ 

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim KEÇİRİLİR

Pərəstişkarlarından məşhur müğənniyə BÖYÜK JEST: 8 dəqiqə ərzində...

Gürcüstanın baş naziri Türkiyəyə rəsmi SƏFƏR ETDİ

Azərbaycan-Belarus arasında doqquz sənəd İMZALANDI - YENİLƏNDİ

"Yuxu nəzəriyyəsi" alt-üst oldu: "Tullantılardan təmizləmir!"

Sabah yağış intensivləşəcək - PROQNOZ

Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!

Uşaqlar bağçaya necə adaptasiya olunmalıdır? - Mütəxəssisdən AÇIQLAMA

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər SAXLANILDI

Nikol Paşinyan: "Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır"

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Şoyqudan müharibənin gedişi ilə bağlı MÜHÜM AÇIQLAMA: "Bütün istiqamətlərdə..."

Bütün xəbərlər