BAKU Azərbaycan
°C

Bəziləri üçün bu tamamilə doğru, bəziləri üçün tamamilə cəfəngiyatdır. Amma həqiqət nə olursa olsun, nasistlərin Ayda məxfi baza yaratması ehtimalı hələ də mütəxəssisləri narahat edir.

Gundem.az bildirir ki, bu şayiələr İkinci Dünya Müharibəsinin bitməsindən sonrakı illərdə ortaya çıxdı.
İddialara görə, alman astronavtları müharibədən sonra Aya səyahət edərək burada dünyanın qalan hissəsindən gizli baza qurmuşdular. Üstəlik, bəzilərinin fikrincə, Adolf Hitler özünü ölmüş kimi göstərərək Aydakı bu bazaya qaçıb və ömrünün qalan hissəsini oradakı sığınacaqda keçirib. Sui-qəsd nəzəriyyəçilərinə görə, o vaxtdan bəri müşahidə edilən uçan boşqablar tamamilə bu faktla əlaqəli idi. Məsələn, 1947-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatında baş verən “Roswell” UFO Hadisəsi tamamilə nasistlərin inkişaf etdirməyə çalışdıqları kosmik gəmi texnologiyası ilə bağlı idi və vu nəzəriyyəyə qəti dəlillər vermişdi.

Uzun illər sui-qəsd nəzəriyyələri üzərində araşdırma aparan rumın alim Radovan Tomoviçi mövzu ilə bağlı bunları deyir:

"Nasistlər İkinci Dünya Müharibəsi zamanı yüksək rütbəli SS zabiti Hans Kammlerin rəhbərlik etdiyi kosmik proqramda işlədiyi yetmiş ilə yaxındır ki, məlum olan gerçəklildir. Onlar kosmosa hakim olan ilk millət olmağı hər şeydən çox istəyirdilər. Kammlerin müharibənin sonlarına doğru Antarktidaya getməsi və itməsi onların məqsədlərinə çatmaq şanslarının nə qədər güclü olduğunu göstərir”.
Tomoviçinin belə dəlillər irəli sürməsinə səbəb nasistlərin kosmik proqramlarını Antarktidadan həyata keçirdiklərini düşünmələridir.
Həm də bu iddianı irəli sürənlər Antarktidada xüsusi bir nöqtəyə işarə edir: 1939-cu ildə Nasist Almaniyası tərəfindən kəşf edilən və kəşfi edən gəminin adını daşıyan “Neuschwabenland” (Yeni Svabiya). 
Bölgənin kəşfindən bir neçə il sonra, yəni 1945-ci ilin mayında müharibə bitəndə faşistlərin gəmi və təyyarələrlə bölgəyə gedərək kosmik proqramı həyata keçirdikləri düşünülür.
Dövrün əsas aviasiya mühəndislərindən biri olan Ser Roy Fedden mövzu ilə bağlı bunları deyir:
“1940-1950-ci illərə nəzər saldıqda görürük ki, bu uçan boşqabları inkişaf etdirə bilən yeganə ölkə Nasist Almaniyası olub. Üstəlik, onların bu məsələyə diqqət yetirdikləri və kosmosa səyahəti mümkün edəcək texnologiyaları inkişaf etdirməyə çalışdıqları məlum bir həqiqətdir”.
Nasistlərin Kosmik Proqramının məqsədinin Yer kürəsini ələ keçirməkdə üstünlük əldə etmək olduğu düşünülür.

Həm də iddia edilir ki, 1950-1960-cı illərdə bütün UFO hadisələri bu məqsədə işarə edir. Bu fikrə görə, 1952-ci ilin iyulunda Vaşinqtonda
göründüyü bildirilən UFO-lar nasistlərin ABŞ üzərindəki hökmranlıqlarını sübut etmək və texnoloji inkişafları ilə onları xəbərdar etmək üçün həyata keçirdikləri əməliyyatın bir hissəsidir.

Ayda qurulan söhbət mövzusu mərkəz həm hərbi baza, həm də nasistlərin qorunmasını və sağ qalmasını təmin edəcək bir sığınacaq olacaqdı.
Faşistlərin simvolu olan svastika şəklində təsvir edilən bu mərkəz o dövrdə nasistlərə bütün məqsədlərinə çatmaq üçün böyük rahatlıq yaradacaqdı. Əvvəla, burada qurulacaq hərbi baza sayəsində dünyanı nəzarətdə saxlamaq çox daha asan olacaq, mümkün bir müharibə vəziyyətində başqa ölkələrə hücum etmək üçün Aydan atılacaq silahlar hazırlanacaq, uçan boşqab texnologiyası havadan Yerin istənilən nöqtəsinə asanlıqla enməyə imkan verirdi.
Ən əsası isə fürerin həyatı təhlükə altında olsaydı, bu əlçatmaz baza nasistlərin köməyinə gələcəkdi.
Bu yolla nasist liderinin heç bir təhlükəyə məruz qalmadan Ayda mərkəzdən dünyanı idarə etməsi mümkün olardı. Hələ nasistlərin həqiqətən o zaman belə bir layihə hazırladığı dəqiq məlum deyil. Əgər belə bir layihə hazırlayıblarsa, bunu həyata keçirmək imkanları olubmu, uçan boşqab hazırlamaq texnologiyasına sahib olublarmı, yoxsa bütün dünyanı fürerin öldüyünəmi inandırıblar? Hitlerin qaçaq yolla Ayın mərkəzinə apardığı bildirilir. Ancaq bildiyimiz bir şey var ki, bütün bunların real olduğuna ciddi şəkildə inanan bəzi ekspertlər var. Ümid edirik ki, bu nəzəriyyənin həqiqəti tezliklə üzə çıxacaq və yaxın tariximizlə bağlı tutarlı məlumatlar əldə edəcəyik. (Sfera.az)

 

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər