BAKU Azərbaycan
°C

Son günlər xüsusi COP29 nəqliyyat zolaqları ilə bağlı müəyyən yanlış yanaşmalar müşahidə olunur. Bu barədə xüsusilə sürücülər arasında qərarsızlıq yaranıb. Bəziləri düşünür ki, sözügedən zolaqdan istifadə müəyyən cərimələrə səbəb ola bilir.

Gundem.az bildirir ki, əslində bununla əlaqədar müvafiq qurumların verdiyi açıqlamalarda ətraflı qeyd olunub.

Belə ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatına görə, böyük ziyarətçi axının effektiv şəkildə idarə edilməsi, eləcə də konfrans tarixlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.

Qeyd etdiyimiz və üzərində COP29 loqosunu əks etdirməklə işarələnən bu zolaqlar sürətli və fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə tədbir nəqliyyatı üçün ayrılıb. COP29 Azərbaycan Əməliyyat Şirkətinin açıqlamasında bildirilib ki, konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər. Yəni bu ilin 11-22 noyabr tarixləri istisna olmaqla... Bu tarixlərdə hər kəsə məlumdur ki, Bakıda COP29 konfransı baş tutacaq. Sözügedən zolaqlar isə məhz konfrans zamanı yalnız ictimai nəqliyyat vasitələri və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulur.

Digər tərəfdən, bəzi yollarda COP29 zolağı yeni salınsa da, bəzilərində sadəcə olaraq avtobus yolunun üzərinə COP29 loqosu vurulub. Bu o deməkdir ki, həm avtobus, həm də COP29 zolağı hesab olunan hissələr var. Təbii ki, o yollar avtobusların istifadəsi üçün nəzərdə tutulduğuna görə, şəxsi avtomobillərin girməsinə icazə verilmir və bu, cərimələnməyə səbəb olur.

Sırf COP29 zolağı isə qeyd etdiyimiz ki, tədbirin keçirilməsi tarixinə kimi istifadə oluna bilər. Bir daha müvafiq qurumun açıqladığı məlumatı təqdim edirik: “Konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər”.  (Sfera.az)

 

 

 

Son xəbərlər

Xalq artistinin qızı adını dəyişir

İrandan atılan raket "Microsoft"un binasına düşdü - Yaralılar var

İtkin düşən məktəbli ilə bağlı araşdırma başlandı - RƏSMİ

Abituryentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?

Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO

İyun bitməmiş varlanacaq bürclər

Lirə ucuzlaşdı, bu iki valyuta isə bahalaşdı - RƏSMİ

MY dünyanın ən yaxşı qapıçısını hədəfə aldı: 47 milyonluq plan

Bakı səmasında naməlum obyekt göründü - "Sirr" açıldı – VİDEO

İran altı günə İsrailə 450 ballistik raket atıb - Defrin

Qaraciyərinizi bu içki ilə qoruyun!

Məşhur aktyor da bu seriala çəkiləcək

50 yaşdan aşağı insanlar da xərçəngə səbəb olan üç amil: bunu hamı bilməlidir

Tramp onu yenidən tənqid etdi: Tam bir axmaqdır

Ukrayna - Azərbaycan oyunu bu ölkədə keçiriləcək

Azərbaycanda ən çox QAZANAN müğənnilər - SİYAHI

Bu heyrətamiz şəhərdə günəş aylarla batmır

Çəkisi 23 kiloqrama düşən məşhurdan xəbər var

Azərbaycanlı kişilər 4 arvad ala biləcək - Şərtlər

“WhatsApp”da reklamlar dövrü başlayır - dəyişiklik kimlərə təsir edəcək?

Bütün xəbərlər