BAKU Azərbaycan
°C

“Hazırda dünya çətin vəziyyətdədir, buna görə də COP29 zamanı hamımızın etməli olduğu əsas şey ən optimal şərtlərlə razılıq əldə etməkdir”.

Gundem.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Avropa İttifaqının (Aİ) İqlim və ətraf mühit üzrə Xüsusi Elçisi Entoni Aqota (Anthony Agotha) deyib.

O, Avropa İttifaqının iqlim maliyyəsinin formalaşdırılmasında ən böyük donor olduğunu bildirib: “Bu liderliyimizi davam etdirməkdə qərarlıyıq. Lakin hesab edirik ki, digər varlı ölkələr də öz məsuliyyətlərini başa düşməli, bu işə qoşulmalıdır. İqlim böhranından ən çox zərər görən həssas ölkələrə dəstək olmaq üçün birlikdə daha çox maliyyə vəsaiti toplamağa çalışırıq".

Aİ-nin Xüsusi Elçisi qeyd edib ki, iqlim böhranı sürətlə davam edir və əhəmiyyətli zərərlərə səbəb olur.

“Eyni zamanda, bu vəziyyətdə dövlətlər qalıq yanacaqlardan uzaqlaşmaq və davamlı, yaşıl iqtisadiyyat qurmaq üçün böyük imkanlar əldə edir. Dairəvi iqtisadiyyatı qəbul etməklə, təkcə planetimizin sağlamlığını deyil, həm də bütün insanların rifahını və çiçəklənməsini prioritetə çevirə bilərik", - deyə diplomat vurğulayıb.

Son xəbərlər

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Helikopter qəzalı eniş etdi: 11 nəfər...

Bu rayonlara qar yağdı

Ölkədə bu valyuta ucuzlaşdı

Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Bütün xəbərlər