BAKU Azərbaycan
°C

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.

Gundem.az xəbər verir ki, əvvəllər yalnız fiziki formada təqdim olunan bu məlumatlara çıxış tam rəqəmsallaşdırılıb.

Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.

Hazırda hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət məlumatlarını, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə, müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair məlumatları və həqiqi hərbi xidmət keçmək haqqında məlumatları “mygov” vasitəsilə tam rəqəmsal formada əldə etmək mümkündür.

Bunun üçün portal istifadəçiləri “mygov” platformasında “Məlumatlarım” bölməsinə daxil olmalı, “Hərbi məlumatlarım” alt bölməsinə keçid etməli, hərbi məlumat növünü seçərək məlumatlarla tanış olub sənədi istəyə uyğun olaraq PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilər.

Qeyd edək ki, dövlət xidmətləri üçün göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir. Bu sahədə aparılan islahatlar və yeniliklər vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi və səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.

Son xəbərlər

Ərdoğandan PKK ilə bağlı ilk- Açıqlama

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Xarici səyyahlar Cəbrayılda - FOTO

Ən həssas BÜRCLƏR: Söz deməmiş gözlərinin yaşı "süzülür"

Azərbaycanda hiss olunan zəlzələ oldu

1234-cü gün: Rusiyanın itkiləri yeniləndi

Əhaliyə xəbərdarlıq: Növbəti 3 gündə...

Ölkədə doğulan körpələrin sayı açıqlandı

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Bütün xəbərlər