BAKU Azərbaycan
°C

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən zorakılığa Azərbaycan ictimaiyyətinin etirazına millət vəkili Samir Vəliyev də qoşulub.

Gundem.az xəbər verir ki, Bakupost.az-ın yazdığına görə, mediaya tirajlanan açıqlamasında Samir Vəliyev şablondan, standart cümlə və fikirlərdən qətiyyən kənara çıxmır, artıq 3 gündür deyilən sözləri-ittihamları təkrarlayır. Yalnız bir neçə yerdə S.Vəliyev öz geopolitik və siyasi müdrikliyinin “epogeyini” nümayiş etdirir.

Bunlardan biri də AZAL təyyarəsi ilə bağlı Rusiyanın üzr istəməməsi haqda standart ittihamın səsləndirilməsi zamanı baş verir. S.Vəliyev deyir: “AZAL-a məxsus Bakı-Qroznı sərnişin təyyarəsinin Aktau yaxınlığında vurulması və bu hadisəyə görə Rusiya tərəfinin nə üzr istəməsi, nə də məsuliyyət daşımağa meylli olmaması da vəziyyətin başqa bir dramatik tərəfidir”.

AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında vurulubsa, demək, sərnişin təyyarəmizi vuran Qazaxıstandır! S.Vəliyevin yaxınlığında, böyür-başında bir adam yoxdurmu hörmətli millət vəkilimizə başa salsın ki, AZAL təyyarəsi Aktauda vurulmayıb, Aktauda qəzaya uğrayıb, səbəb isə odur ki, Qroznı səmasında vurulub!

Hələ cümlənin “erməni budaq cümləsi” olmasını bir yana qoyaq...

Samir Vəliyevin informasiya almaq imkanları da məhduddur, deyəsən! Deyir: “İyunun 27-də Yekaterinburqda Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilmiş genişmiqyaslı polis əməliyyatı nəticəsində beş azərbaycanlının öldürülməsi, digərlərinin ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və onlarla şəxsin döyülməsi bu tendensiyanın bariz nümunəsidir...”

Əvvəla, 5 deyil, iki azərbaycanlı öldürülüb; ikincisi, “digərlərinin ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilməsi və onlarla şəxsin döyülməsi” nə deməkdir? “Digərləri” – hansı ümumi sayın “digəridir” və hansı sayı ehtiva edir? Xəstəxanaya yerləşdirilənlər döyülməyənlərdir? Amma döyülənlər “onlarla şəxsdir”?

Ümid edək ki, Rusiyada Samir Vəliyevi oxumayacaqlar, yoxsa...

Son xəbərlər

Castin Biberin arvadı Kıvançın VİDEOsunu paylaşdı

Göbələk xərçəngin dərmanı imiş

Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Vaxtla bağlı YALANLAR - Niyə “az” deyib “çox” gecikirik?

1239-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək

Azərbaycan çempionu oldular

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

Həftəsonunadək hava necə olacaq?

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

Əkrəm İmamoğluna hökm oxundu

Emin rus aparıcıları onlarla əvəzlədi

Bütün xəbərlər