BAKU Azərbaycan
°C

Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlar təkcə döyüş meydanlarını əhatə etmir. Təqdim edəcəyimiz məqalə müharibənin informasiya məkanına, sosial şəbəkələrə, eləcə də mobil telefonlarımıza qədər irəlilədiyindən xəbər verir. 

Gundem.az xəbər verir ki, informatika mütəxəssisləri bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, Rusiyadan qaynaqlanan və çox ciddi nəticələrə səbəb ola biləcək haker fəaliyyətləri hər kəsi təhlükəyə ata bilər. 

Maraqlıdır, söhbət hansı təhlükədən gedir? Rusiya hakerləri bizim şəxsi məlumatlarımızı izləyir? 

Mütəxəssislər internet istifadəçilərinə “NewProfilePic” adlı profil fotoşəkilləri yaradan proqramdan istifadə etməməyi tövsiyyə edib. Təhlükəsizlik mütəxəssislərinin əldə etdiyi məlumatlara görə, proqramdan istifadə edənlərin şəxsi məlumatları Rusiya tərəfindən oğurlana bilər. 

Son vaxtlar çox dəbdə olan bu tətbiqi Moskvada qeydiyyata alınmış texnologiya şirkəti hazırlayıb. Onlayn proqram istifadəçilərinə fotoşəkili cəlbedici, yüksək stilizə edilmiş cizgi filmi üslublu şəkillərə çevirmək şansı təqdim edir. On minlərlə insan artıq öz şəkillərini “New Profile Pic” proqramının serverlərinə yükləyib.

ESET İnternet Təhlükəsizliyi üzrə Qlobal Kibertəhlükəsizlik Məsləhətçisi Cek Mor bildirib ki, insanlar fotoşəkilləri və ya şəxsi məlumatları yeni vebsayta yükləyərkən inanılmaz dərəcədə diqqətli olmalıdırlar. Proqramın insanların fotolarını hazırlayarkən digər zəruri məlumatları da tələb etməsinin normal hal olmadığı bildirilib.

İnci
Gundem.az

Son xəbərlər

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Azərbaycan nefti cüzi UCUZLAŞDI

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

Xankəndidə silah-sursat AŞKARLANDI

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Cavanşir Məmmədovun ölüm anı ilə bağlı ŞOK! - Zəng gəlib, telefon yerə düşüb...

“Barselona”nın futbolçusu mövsümü bitirib

Bakıda qəza baş verdi, azyaşlılar xəsarət aldı

Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən AÇIQLAMA

Tayvanda güclü zəlzələ oldu

İlham Əliyevin Rusiyaya səfəri başa çatdı

Ceyhun Bayramov Çexiyaya səfər etdi

Ödənişli yolda qəza baş verib, yaralananlar var - FOTO

“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin

Bütün xəbərlər